İran Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq
Tarix: 05.08.2016 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


İran gələn aydan Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq.
Bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft nazirinin müavini və milli qaz şirkətinin baş direktoru Həmidrza İraqi İran və Ermənistanın yeni qaz müzakirələri və bəzi xəbər saytlarında yayımlanan xəbərlərə münasibət bildirərkən deyib.
H. İraqinin sözlərinə görə, ötən ay Ermənistan daha çox qaza ehtiyacı olduğunu elan edib. “Bizim də Ermənistana daha çox qaz vermək imkanımız olduğu üçün onların təklifini qəbul etdik və ixracatı artırdıq. Gələn aydan isə Ermənistana qaz ixracı həcmini azaldacağıq. Ona görə ki, bizim onlara qaz ixracı  və onlardan elektrik enerjisi almağımıza dair müqavilədə müəyyən miqdar göstərilib və bu miqdarı tənzimləmək üçün  gələn aydan Ermənistana ixrac edəcəyimiz qazın həcmini azaldacağıq”, - deyə H. İraqi qeyd edib.
 
H. İraqi Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satılması məsələsinə də toxunub və bildirib ki, bu iş İranın özəl bir şirkəti tərəfindən həyata keçiriləcək: “Bu,  Azərbaycan və İran hökumətlərinə bağlı deyil. Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satışı İranın özəl bir şirkəti tərəfindən təklif olunub. Bu şirkət Türkmənistandan qazı alıb və bizə təhvil vermək istəyir ki, biz də bu qazı Azərbaycana sataq. Bu təkliflə bağlı biz razılığımızı bildirmişik və hazırda bu məsələni müzakirə edirik”.
 
H. İraqi Azərbaycan və İran arasında qaz mübadiləsinin davamlı olaraq həyata keçirildiyini vurğulayıb: “Azərbaycan və İran hazırda qaz mübadiləsini həyata keçirir. Biz qazı Azərbaycandan alıb Naxçıvanda təhvil veririk”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info