4 küçə təmir olunub
Tarix: 05.08.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə uzun müddətdir ki, təmir olunmadığından asfalt-beton örtüyü dağılmış və qabarmış küçələrdə kompleks tədbirlər davam etdirilir. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu ilin 6 ayı ərzində Bakı şəhərinin bütün inzibati rayonları üzrə 30-a yaxın küçə və prospekt təmir edilərək istifadəyə verilib.
 
Hazırda da bu istiqamətdə işlər yüksək keyfiyyətlə davam etdirilir. Məhz bu çərçivədə Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilib. Təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılıb.
 
Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib və asfaltlanıb. Bundan başqa zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənib, küçələr boyu piyada səkiləri bərpa olunub və yeniləri tikilib, yeni səki daşları düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib. 
Təmir olunan Arif Heydərov küçəsinin uzunluğu 1146 metr, eni isə 11.5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 500 kvadratmetr, səkilərdə isə 5200 kvadratmetr ərazinin asfaltlanması, 3300 paqon-metr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılıb. 
V. Mayakovski küçəsinin uzunluğu 746 metr, eni isə 12.5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9630 kvadratmetr, səkilərdə isə 4050 kvadratmetr ərazi asfaltlanıb, 3200 paqon-metr yeni səki daşının düzülüb və 25 ədəd kanalizasiya qapağı dəyişdirilib.
 
Təmir işlərinin aparıldığı daha bir küçə Əlicabbar Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu 325 metr, eni isə ortalama 11,2 metrdir. Burda təmir işləri zamanı ümumilikdə 4700 kvadratmetr ərazi asfaltlanıb, 760 paqon-metr yeni səki daşı düzülüb və 16 ədəd kanalizasiya qapağı dəyişdirilib.
 
Çernyavski küçəsinin uzunluğu 950 metr, ortalama eni isə 14,2 metrdir. Burda həm yolun hərəkət hissəsində, həm də səkilərdə 15700 kvadratmetr ərazidə asfaltlanması işləri aparılıb, küçə boyu 1760 paqon-metr səki daşı yenilənib, həmçinin 5 ədəd yağış barmaqlığı və 42 ədəd kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə dəyişdirilib.
 
Avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları çəkilib, yolun üfüqi nişanlaması aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info