Aİ borclarını geri qaytarmayınca Böyük Britaniyaya “azadlıq verməyəcək”
Tarix: 05.08.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Brüssel qərara gəlib ki, London çoxmilyardlı borclarına görə Avropa İttifaqı (Aİ) ilə üzülüşməyənə qədər Böyük Britaniyanın Aİ-dən çıxmasına yaşıl işıq yandırmayacaq. Vəziyyətlə tanış olan, lakin adının çəkilməsini istəməyən yüksək vəzifəli Aİ nümayəndəsi bu barədə Almaniyanın həftəlik “Wirtschaftswoche” nəşrinə söyləyib.
Nəşrin müsahibi məsələyə aydınlıq gətirərək deyib ki, ödəmənin məbləğinə gəlincə, söhbət təxminən 25 milyard avrodan gedir. Brüsseldə bu fikirdədirlər ki, britaniyalılar öz öhdəliklərini nizama salmayana qədər Böyük Britaniya ilə razılaşma qeyri-mümkündür”.
İyunun 23-də keçirilən plebisitin yekunlarına görə, səsvermədə iştirak edən britaniyalıların 52 faizi “Brexit”ə səs verib. Böyük Britaniya Avropa İttifaqından 2019-cu ilin əvvəlində çıxmağı planlaşdırır. Böyük Britaniyanın yeni hökumətində Aİ ilə ticari sazişlər haqqında danışıqlara məsuliyyət daşıyan nazir Liam Foks “Sunday Times” qəzetinə müsahibəsində “Brexit”in təqribi tarixi kimi 2019-cu il yanvarın 1-ni göstərib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info