UNEC tələbələri Koreyada təhsil alacaq
Tarix: 05.08.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Koreya Respublikasının Vussonq Universitetinin SolBridge Beynəlxalq Biznes Məktəbi (SolBridge International Business School at Woossong University) arasında tələbə mübadiləsi proqramı uğurla davam etdirilir.
Mübadilə proqramı çərçivəsində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin üçüncü kurs tələbələri Səmra Məmmədli və Suğraxanım İbadova 2016/2017-ci tədris ilinin payız semestrində SolBridge Beynəlxalq Biznes Məktəbində təhsil almaq hüququ qazanıb. Koreya tərəfindən aparılan seçimlərdə uğur əldə etmiş hər iki tələbə bir semester müddətində müvafiq fənlər üzrə SolBridge Beynəlxalq Biznes Məktəbinin kreditlərini əldə edəcəklər. Mübadilə proqramında iştirak edən tələbələrin Koreyada əldə etdikləri kreditlər UNEC tərəfindən tanınır. Mübadilə proqramı UNEC tələbələrinin bir semestr müddətində SolBridge Beynəlxalq Biznes Məktəbində təhsil almasını nəzərdə tutur. Qeyd edək ki, UNEC-də tələbələrin beynəlxalq mübadilə proqramlarına daha aktiv şəkildə cəlb olunması istiqamətində sistemli və davamlı tədbirlər görülür. Belə ki, UNEC tələbələrinə Almaniya, Fransa, Polşa, Litva, Türkiyə və digər ölkələrin qabaqcıl universitetlərində bir və ya bir neçə semester müddətində təhsil almaq imkanı təqdim edilir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info