Furio de Angelis: “Məcburi köçkünlərin problemlərinin həllində böyük işlər görülüb”
Tarix: 05.08.2016 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov avqustun 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelis ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Furio de Angelisi yeni təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb, bu təyinatın Azərbaycanla BMT QAK arasındakı əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib.
Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini vurğulayıb. O, bir daha bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bununla yanaşı, Azərbaycan hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Bütün bunlar istər BMT QAK-ın ali komissarı, istərsə də digər yüksək səviyyəli rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib. Görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub. Görüşdə Əli Həsənov Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərən beynəlxalq təşkilatların fəaliyyətini yüksək qiymətləndirib və vurğulayıb ki, 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt Azərbaycana gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurub. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev son 24 ildə ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. Londonda “Suriyaya və regiona dəstək” konfransında Azərbaycan Prezidenti bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində bizim ölkənin çox böyük təcrübəsi var və biz bu təcrübəni digər ölkələrlə paylaşa bilərik. Bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Eyni zamanda, Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadıqları Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Son beş ildə ölkəmizdə üç dəfə dinlər və mədəniyyətlərarası beynəlxalq konfranslar keçirilib. Dünyanın 150-dən çox din xadimi bu tədbirdə iştirak edib. Onlar burada yüksək tolerantlıq mühitinin olmasını öz gözləri ilə görüblər. Azərbaycan olduqca müasir inkişaf etmiş müsəlman ölkəsidir və biz bununla fəxr edirik. Baş nazirin müavini Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar Sadako Oqata, Ruud Lubbers və Antonio Quterreşin Azərbaycana səfərlərinə, çadır düşərgələrində və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən BMT QAK-la ölkəmiz arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov bildirib ki, Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. Bu, deportasiya deyil, əslində etnik təmizləmə oldu. Nəticədə 250 min azərbaycanlı erməni şovinistləri tərəfindən qovuldu və bununla da Azərbaycanda yeni qaçqın prosesi başlandı. O vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu gün bizim 1 milyon 200 min qaçqın və məcburi köçkünümüz var. ATƏT-in Minsk qrupu yarandığı vaxtdan indiyədək bu problemi həll etmək üçün heç bir konkret addım atmayıb. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə deyib ki, Ermənistandakı faşist rejimi düz yola gəlməyəcəyi təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq beynəlxalq hüquqa söykənərək öz torpaqlarını istənilən yolla azad edəcək. Münaqişənin həll edilməməsinin yeganə səbəbi Ermənistan rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münaqişə üzərindən hakimiyyətə gəliblər.
Əli Həsənov bildirib ki, çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi.
Görüşdə Baş nazirin müavini bildirib ki, ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də Tərtər rayonunun Şıxarx kəndində “Marağa–150” abidəsidir. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. Baş nazirin müavini qeyd edib ki, erməni yalanlarını dünyaya çatdırmaq üçün Azərbaycan Prezidenti həmin abidənin tezliklə bərpa olunması, ölkəmizə səfər edən insanlara, xarici nümayəndə heyətlərinə göstərilməsi üçün tapşırıqlar verib.
Görüşdə qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo yolverilməzdir. Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri də mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Bu il aprelin 2-5-də Ermənistan ordusunun qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması Azərbaycan Prezidentinin də bildirdiyi kimi, işğal altındakı torpaqlarımızı geri qaytarmaq iqtidarında olduğumuzu bir daha göstərdi.
Furio de Angelis deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, Azərbaycan onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. O bildirib ki, BMT QAK aprel hadisələrinə görə öz narahatlığını bildirib və Azərbaycan hökumətinin hazırda həmin ərazilərdə apardığı bərpa işlərini yüksək qiymətləndirib. O, həmçinin vurğulayıb ki, yaxın günlərdə bölgələrə səfər edəcək, eyni zamanda, aprel hadisələrindən sonra təşkilat tərəfindən kömək göstərilmiş yerlərdə də olacaq.
Furio de Angelis növbəti illər ərzində ölkəmizdə fəaliyyət sahələri ilə bağlı fikirlərini bildirib və Azərbaycan ilə BMT QAK arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info