Xızı sakinləri “Kütləvi çıxarış” kampaniyasından faydalanıb
Tarix: 05.08.2016 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, vətəndaşlara məxsus əmlakların daha rahat və operativ üsullarla qeydiyyatı, bu sahədə innovasiyaların tətbiqini davam etdirir. Belə tədbirlərin sırasında vətəndaş məmnunluğunun getdikcə yüksəlməsinə səbəb olan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin rolu xüsusilə qeyd edilməlidir. Bu sosial yeniliklər sayəsində artıq qeydiyyyat üçün komitəyə müraciət etmək zərurəti aradan qalxıb, komitənin əməkdaşları özləri sakinlərin və əmlak sahiblərinin ünvanına gedərək onlara qeydiyyyat xidməti göstərirlər.
Komitə tərəfindən növbəti dəfə “Kütləvi çıxarış” kampaniyası 05 avqustda Xızının Yeni Yaşma kəndində keçirilib. Bu dəfəki kampaniyanın özəlliyi vaxtilə kənddə 295 ailəyə ayrılmış, lakin faktiki və sənəd uyğunsuzluğu səbəbindən çıxarış verilməsi mümkün olmayan həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi olub. Belə ki, komitə tərəfindən belə torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işləri aparılıb. Bununla da, faktiki və sənəd uyğunsuzluqları aradan qalxıb və əmlak hüquqlarının qeydiyyatı hüquqi cəhətdən mümkün vəziyyətə gəlib.
Beləliklə, kampaniya çərçivəsində ilkin mərhələdə kəndin 100-ə yaxın sakininə onların mülkiyyyətinə dair hazır çıxarışların verilməsi ilə kəndin bütün sakinlərinin torpaqlarının tamamilə sənədləşdirilməsinə başlanıb. Kəndin qalan sakinlərindən isə çıxarışla əvəz olunması üçün ilkin hüquqi sənədlər qəbul edilib. Bu tədbirlərin yekunlaşması ilə Yeni Yaşma kəndindəki bütün torpaqların sənədləşdirilməsi işi bitmiş olacaq.
Kampaniyanın və mobil ofis xidmətlərinin ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Belə ki, start veriləndən etibarən kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlaklarını sənədləşdirə biliblər.
Kampaniya daha çox əmlakın leqallaşdırılmasını, daşınmaz əmlak bazarının aktivləşməsini və alqı-satqı proseslərinin daha da genişlənməsini təmin edir. Kampaniya sayəsində vətəndaşlar qeydiyyat üçün əlavə vaxt sərf etmirlər, gündəlik işlərindən ayrılmadan bilavasitə öz ünvanlarında qeydiyyat xidmətlərindən yararlana bilirlər.
Eyni zamanda, qeyd edilməlidir ki, dövlət başçısı tərəfindən bu ilin iyul ayında imzalanmış Fərmana əsasən sovet dövründə verilmiş texniki pasportlar da artıq mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab olunur. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi artıq Bakı şəhərində mobil ofis xidmətləri vasitəsilə vətəndaşlardan belə pasportların qəbulunu həyata keçirməyə başlayıb.
Xatırladaq ki, kampaniya zamanı qeydiyyat prosedurları, həmçinin sənədlərində hər hansı çatışmazlıqlarla bağlı vətəndaşlara biavasitə yerlərdə hüquqi xidmətlər göstərilir. Onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilir. Vətəndaşlara əmlakın qeydiyyatının faydaları, qeydiyyatın gətirdiyi üstünlüklər və rahatlıqlar barədə məlumatlar çatdırılır.
Qeyd edək ki, komitə bu sosial tədbirlərlə yanaşı, vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron və onlayn xidmətlər də təqdim edir. Bu elektron xidmət istifadəçilərinin sayının ildən-ilə yüksəlməsi qeydiyyata və elektron xidmətlərə olan marağın göstəricisidir. Bu ilin ötən 6 ayında elektron xidmətlər vasitəsilə vətəndaşlardan 79 mindən çox müraciət daxil olub və təmin edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info