“Sovetski”də 5 küçə yenidən qurulacaq
Tarix: 05.08.2016 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


“Sovetski” kimi tanınan ərazidə uzunluğu 6,1 kilometrədək 5 küçə yenidən qurulacaq. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildiriblər ki, Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və avtonəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nəriman Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur. Bu layihə çərçivəsində son illər xüsusilə nəzərəçarpan addımlar atılıb. Belə ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Hazırda Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulur. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Bu işlər çərçivəsində Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin aparılması, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.
Sözügedən ərazilərdə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi uzunluğu 6,1 kilometrədək 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq.
Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək.
Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa ediləcək.
Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7–15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2-4 hərəkət zolaqlı olması nəzərdə tutulur.
Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev küşəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metrdir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.
Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun 2–5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 7–17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfində 2–3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 – 23,5 metr olması planlaşdırılır. Yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları (su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə) xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur. Layihə çərçivəsində 3 laydan ibarət 25 santimetr qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığı, 34,5 min kubmetr optimal qırmadaş qarışığı, 13 min metrədək səki daşları və 24,4 min kvadratmetr səki hissəsində isə bəzək daşları istifadə ediləcək. Yenidən qurulacaq küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, 220 ədəd işıq dirəyi istifadə edilməsi nəzərdə tutulur.
Bundan başqa, ictimai nəqliyyat üçün 14 ünvanda "cib"liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumat verici lövhələrin quraşdırılması, habelə yolcizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də planlaşdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info