“Ermənistanda əhali yoxsulluqdan çörək almağa pul tapmır”
Tarix: 05.08.2016 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


“Joxovurd”: “Ölkədə ilin ilk altı ayı ərzində un istehsalı 16,7 faiz azalıb”

Ermənistanın “Joxovurd” nəşri rəsmi statistikaya istinad edərək yazır ki, ölkədə ilin ilk altı ayı ərzində un istehsalı 16,7 faiz azalıb. Bu məsələni araşdırmağa çalışan nəşr Ermənistanda unun ticarəti ilə məşğul olan “Manço Qrup” şirkətinin direktoru İvan Mosoyana müraciət edib.
Vəziyyətlə yaxşı tanış olduğunu bildirən direktor yaranmış vəziyyəti belə şərh edib: “Mən də artıq kəmərimi bərk sıxmışam. Belə görünür ki, artıq əhalidə yaşamaq üçün pul yoxdur , ona görə də az yeməyə başlayıblar. Bu, doğrudan da belədir. Ölkədə son zamanlar ötən illərlə müqayisədə una tələbat 30 faiz azalıb. Ümumiyyətlə, unla yanaşı, başqa istehlak məhsullarında da azalmalar hiss olunmaqdadır. Lakin ilk zəruri məhsul kimi çörəyə olan tələbatın azalmasının ölkə əhalisinin yoxsullaşmasından başqa bir səbəbi yoxdur”.

“Təqaüdçülər də iş üçün başqa ölkələrə üz tutmağa məcburdurlar. Qeyri-rəsmi hesablamalara görə, təkcə Rusiyaya iş üçün gedən 500 min erməninin 15 faizini yaşı 63-ü ötmüş şəxslər təşkil edir. Erməni təqaüdçülər ölkədə qalıb acından ölməkdənsə, iş ardınca xarici ölkələrə üz tutmağı daha üstün tuturlar”

Burada başqa səbəblər də var. Bu, ilk növbədə erməni əhalisinin miqrasiyası ilə bağlıdır. İşğalçı ölkədə qalanların əksəriyyəti isə daha da yoxsullaşdığından alıcılıq qabiliyyəti dəfələrlə aşağı düşüb. Yoxsulluq təqaüdçülər arasında özünü daha qabarıq şəkildə göstərir. Ermənistan mediası xəbər verir ki, təqaüdçülərin aldığı pensiya inflyasiyaya görə dəyərini itirib. Ölkə rəsmiləri pensiyalardakı azalmaları daha çox struktur dəyişiklikləri ilə əlaqələndirirlər. Buna misal kimi xidmət illəri üçün ayrılan məbləğin 1,8 dəfə azalması göstərilir. Ən önəmlisi budur ki, Ermənistanda əmək təqaüdləri qonşu dövlətlərlə müqayisədə xeyli azdır. “News.am” saytının apardığı araşdırmalara görə, hazırda Ermənistanda təqaüdçülərin sayı ödənişli əməkhaqqı alanların sayından xeyli artıqdır. O da unudulmamalıdır ki, ölkədə işsizlik ucbatından əmək qabiliyyətli olanlarla yanaşı, təqaüdçülər də iş üçün başqa ölkələrə üz tutmağa məcburdurlar. Qeyri-rəsmi hesablamalara görə, təkcə Rusiyaya iş üçün gedən 500 min erməninin 15 faizini yaşı 63-ü ötmüş şəxslər təşkil edir. Erməni təqaüdçülər ölkədə qalıb acından ölməkdənsə, iş ardınca xarici ölkələrə üz tutmağı daha üstün tuturlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info