Avtovağzala gedən yol genişləndirilir
Tarix: 13.03.2013 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Şimal istiqamətində Bakıya giriş yolunda metronun “20 Yanvar” stansiyası dairəsi yaxınlığında tunelin üstündə aparılan işlər yaxın günlərdə başa çatdırılacaq.
ASC-nin mətbuat xidmətindən bildiriblər ki, genişləndirmə işləri Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 metr məsafədə, tunelin üst hissəsində aparılır. Ərazidə işlərə ötən ilin noyabrında başlanılıb və mövcud yolun 3-4 metr genişlənməsi məqsədi ilə həyata keçirilir. Əvvəllər burada göz oxşayan yaşıllıq salınsa da, piyadaların təyin olunmuş yerdən keçməməsi, eləcə də bəzi sürücülərin hərəkət intensivliyi çox olan vaxtlarda avtomobillərini yaşıllığın yolqırağı hissəsi ilə sürmələri səbəbindən ərazi yararsız hala düşüb. Hətta bütün bunları nəzərə alaraq, yolqırağı bardürlər daha hündürləri ilə dəyişdirilsə də, yenə də bəzi yük maşınları onları da dağıdaraq yaşıllığın içi ilə hərəkət edirdilər. Nəticədə isə həm yaşıllıq, həm də suvarma sistemi sıradan çıxırdı. Bu cür hallar bir neçə dəfə təkrarlandığı üçün, burada yaşıllığın əvəzinə asfalt çəkilməsi qərara alınıb. Həmçinin burada nəqliyyatın hərəkəti intensiv olduğu üçün bir müddət öncə əlavə bir hərəkət zolağı salınıb, avtomobillərin dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə 4 zolaq ayrılıb. Əgər hava yaxşı keçərsə, ərazidə aparılan işlər yaxın günlərdə başa çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info