“Hyustonun meri 2017-ci ildə Azərbaycana gəlməyi planlaşdırır”
Tarix: 05.08.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


İradə Axundova:
“Azərbaycanla ABŞ arasında dostluğun daha da inkişafı üçün əlimdən gələni etmişəm və bundan sonra da edəcəm”

Bakı kimi, ABŞ-ın Hyuston şəhəri də neftlə zəngindir. Görünür, bu eyniliyə görə hər iki şəhər 1976-cı ildə qardaşlaşıb. Elə həmin il də Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası yaradılıb. Hazırda bu təşkilata ABŞ-da yaşayan soydaşımız İradə Axundova rəhbərlik edir. O, eyni zamanda Azərbaycan Mərkəzinin sədridir.

-İki təşkilatı idarə etmək sizə çətin deyil?
-Xeyr, Vətən, ölkəmiz üçün gördüyümüz işlər bizə qürur verir. Bildiyiniz kimi, mən 2006-cı ildən başlayaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasını aktivləşdirib Azərbaycanı Texasda daha da tanıtdırmağa çalışmışam. 2012-ci ildən Texasda Azərbaycan Mərkəzi yaradılıb və cəmiyyətimiz ilk günlərdən ətraf ştatlarda da fəaliyyət göstərir. Rəhbəri olduğum hər iki təşkilatın internet səhifələri var. 1 il müddətində AM və HBQŞA tərəfindən 76 rəsmi fəaliyyətimiz olub.
-Dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olundunuz. Bu, sizdə hansı məsuliyyət yaradıb?
- Hər şeyin öz zamanı var. Böyük inamla və təmiz ürəklə görülən iş həmişə qiymətləndirilir. Məni həmisə Prezident Kennedinin bu məşhur sözləri təqib edir: “Öz ölkəndən soruşma ki, sənin üçün nə edə bilər, soruş ki, sən öz ölkən üçün nə edə bilərsən”. Bu illər bizim cəmiyyətin üzvləri ilə çalışmışıq ki, doğma ölkəmiz Azərbaycanı xaricdə layiqincə təmsil edək. Prezident İlham Əliyevin bu fəaliyyətimizi qiymətləndirməsi bizim üçün böyük stimuldur. Xüsusən Prezident İlham Əliyevə məni “Tərəqqi” medalı ilə təltif etməsinə görə dərin təşəkkürümü bildirirəm. Əlbəttə, mən daha da böyük məsuliyyət daşıyıram və dövlət başçısının mənə və bizim cəmiyyətə olan ümid və inamını, göstərilən etimadı daha da doğruldacam. Azərbaycanla ABŞ arasında dostluğun daha da inkişafı üçün əlimdən gələni etmişəm və bundan sonra da edəcəm. Bir də Azərbaycanda bizim fəaliyyətimizi dəstəkləyən və həmişə köməklik edən Heydər Əliyev Fonduna, Diasporla İş üzrə Dövlət Komitəsinə, SOCAR şirkətinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümüzü bildiririk.
-Dünya Azərbaycanlılarının IV qurultayından hansı təəssüratla qayıtdınız?
-Əlbəttə, Qurultaya çox böyük qiymət verirəm və pozitiv təəssüratlarla qayıtmışam. Və perspektiv işlərimizlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilə fikirlərimizi bölüşdük.
-Hyustonda Azərbaycan elitar səviyyədə tanınırmı?
-Mən böyük fəxr ilə deyə bilərəm ki, Azərbaycanı nəinki Hyustonda, eləcə də Texas ştatının başqa şəhərlərində də tanıtdırmışıq. Məsələn, Texasın paytaxtı Austində, Dallasda və San-Antonia Bələdiyyələrində Azərbaycan günləri keçirilib. Texasın Qubernatoru Rick Perry və yeni seçilmiş Qubernatoru Greg Abbot ilə görüşmüşük. Onlar Azərbaycan-Texas əlaqələrini genişləndirməyi dəstəkləyirlər. Hyustonun meri Silvester Törner 2017-ci ildə Azərbaycana gəlməyi planlaşdırır.
-Hyustonda sizdən başqa Azərbaycan diasporu varmı?
-Bəli, Azərbaycan mərkəzindən və HBGŞA başqa ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN), Texas Azərbaycanlıları Assosiasiyası fəaliyyət göstərir. Türk Mərkəzində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəni Alyansı var.
-Azərbaycanın ABŞ-dakı səfirliyi ilə əməkdaşlıq edirsizmi?
- Biz Azərbaycanın ABŞ-dakı səfirliyini özümüz üçün qürbətdə “Vətən evi” bilirik. Səfirliyin əməkdaşları da bizim doğma soydaşlarımızdır. Xüsusən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bizim hər bir fəaliyyətimizi dəstəkləyir və bacardığı qədər bizim keçirdiyimiz tədbirlərdə iştirak edir. Ona görə də səfirliyimizlə münasibətlərimiz dostluq və əməkdaşlıq çərçivəsində davam edir.
- Hyustonda azərbaycanlılar cəmiyyətə inteqrasiya olunublarmı?
-Son illərdə Hyustonda azərbaycanlı ailələrin sayı daha da artıb. Onların çoxu neft şirkətlərində, elm sahəsində - universitetlərdə, klinikalarda çalışırlar. Burada yaşayan azərbaycanlılar bir-biri ilə sıx əlaqədədirlər və tez-tez həm ailəarası, həm də keçirdiyimiz yığıncaqlarda fəal iştirak edirlər. Onlar, eyni zamanda yerli cəmiyyətə inteqrasiya olunublar.
Öz adımdan sizə və “Palitra” qəzetinə bizim fəailiyyətimizlə maraqlandığınız üçün təşəkkür edirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info