“Taleh Bağırzadə din pərdəsi altında gizlənən şeytandır“
Tarix: 06.08.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Bakı Apelyasiya Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinə cəmiyyətin ayrı-ayrı üzvlərindən də münasibət bildirilib. SİA həmin münasibətləri təqdim edir:

“Taleh Bağırzadə kimilərindən maşa kimi istifadə edirlər”
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, T. Bağırzadə kimilər antimilli qüvvələrdir və onların xaricdən dəstəklənməsi hər kəsə məlumdur: “Dünyanı öz maraqlarına uyğun idarə etmək istəyən dairələr Taleh Bağırzadə kimilərindən öz maşaları kimi istifadə edirlər. Məhz həmin dairələr də əllərində saxladıqları alətləri müdafiə edərək onlara haqq qazandırmağa çalışırlar. Bu cür qüvvələr Azərbaycanda azlıq təşkil etsə də, hər bir vətəndaşımız ayıq olmalı, Ukraynada, Gürcüstanda, Yaxın Şərqdə, eləcə də qardaş ölkə olan Türkiyədə baş verənlərin Azərbaycanda olmasına imkan verməməlidir”.

“Azərbaycanın hüquq sistemi ölkəmizin milli maraqlarına qarşı çıxanları cəzalandırmağa qadirdir”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun fikrincə, T. Bağırzadə kimilərin davranışları, baş verən hadisələrə münasibəti xaricdəki mərkəzlərdən idarə olunur: “Onların məqsədi Azərbaycanda qeyri-sabitlik yaratmaq və ölkəni xarici mərkəzlərin poliqonuna çevirməkdir. Onların fəaliyyətinin bir növ koordinasiyası isə bəzi hallarda birbaşa, bəzi hallarda isə dolayısı yolla yenə antiazərbaycançı mərkəzlər tərəfindən idarə olunur. Bunların hamısının eyni mərkəzdən idarə olunması və Azərbaycanın milli maraqlarına qarşı birləşdirilməsi antiazərbaycançı siyasətin tərkib hissəsidir. Bir çox hallarda görürük ki, prinsipial məqamlarda, hətta bu mərkəzlərin fəaliyyəti ermənilərlə birgə koordinasiya edilir. Amma Azərbaycan xalqı bunun fərqindədir. Azərbaycan xalqı da, Azərbaycanın hüquq sistemi də ölkəmizin milli maraqlarına qarşı çıxan bütün qruplaşmaları və yaxud birlikləri cəzalandırmağa qadirdir”.

“Taleh Bağırzadə xəyanətkar, riyakar, cahil və din pərdəsi altında gizlənən ən böyük şeytandır”
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, anti-azərbaycan dairələri öz sözlərini T. Bağırzadənin dili ilə ictimailəşdirməyə çalışırlar: "Hazırda Taleh Bağırzadənin məhkəməsi gedir və biz bu məhkəmə prosesində də onun növbəti dəfə simasızlığının, riyakarlığının şahidi olmaqdayıq. Onun məhkəmə prosesində, guya, ən dəhşətli işgəncələrə məruz qaldığı barədə teatral çıxışı da bu riyakarlığın növbəti nümunəsi idi.
Taleh Bağırzadənin çıxışlarından da görünür ki, o, qaranlıq xarici siyasi dairələr tərəfindən idarə olunur, özünü bu dairələrin sözçüsü kimi aparır”.
T. Bağırzadənin din faktorundan sui-istifadə etdiyini deyə, B.Quliyev qeyd edib ki, onun əməllərinin heç birinin dinlə əlaqəsi yoxdur: “Dində, İslamda, müqəddəs kitabımız olan “Qurani-Kərim”də deyilmir ki, sən yaşadığın mənzilini silah-sursat anbarına çevir və kiminsə qanına bais ol. Əksinə, belə hallar dinimizdə yolverilməz hesab olunur. O oynadığı “tamaşlarda” “din xadimi”, “üləma” və “vətənpərvər azərbaycanlı” olduğunu nümayiş etdirməyə çalışır. Taleh Bağırzadə riyakar və din pərdəsi altında gizlənən ən böyük şeytandır. Artıq ictimai rəy də şahidi olur ki, onun cinayətkar əməllərində “İŞİD”, “Ən-Nusra”, “Əl-Qaidə” kimi böyük terror təşkilatlarının simptomları görünür. Nardaran əhalisi də məlum hadisələrin dinə, İslam mənəviyyatına qarşı göstərilən ən böyük hörmətsizlik olduğunu anlayıblar”.

“Günahkar
öz cəzasını alacaq”

Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev söyləyib ki, T.Bağırzadə məlum Nardaran hadisələri zamanı konstitusion quruluş, dinlər və məzhəblərarası tolerant mühit əleyhinə açıq-aşkar ifadələr səsləndirməklə yanaşı, öz çirkin niyyətini həyata keçirmək üçün oradakı günahsız insanlardan istifadə edib: “Bütün bunlar Azərbaycan qanunvericiliyinə zidd olan hallardır. Həmin hadisələr zamanı silahlardan istifadə edilib. Bunun nəticəsində sıravi insanlar və polis əməkdaşları həlak olublar. Belə bir insanın məhkəmə prosesində özünü müdafiə etmək naminə hər hansı fikirlər söyləməsinin heç bir əsası yoxdur. Məhkəmə prosesi maddi sübutlar, şəhidlərin ifadəsi, araşdırmalar əsasında həyata keçirilir. Kimin nə deməsindən asılı olmayaraq, sonda məhkəmə hakimi sübutlara əsasən öz hökmünü verir. Bu məsələdə bütün sübutlar göz önündədir və düşünürəm ki, günahkar öz cəzasını alacaq”.

“Dindarlar Taleh
Bağırzadə kimilərini
lənətləyir”

Din xadimi Hacı Mirrahib Abbasov qeyd edib ki, dindarın dünyəvi hüquqa qarşı çıxması yolverilməzdir: “Din pərdəsi altında öz siyasi məqsədlərini həyata keçirmək istəyənlərin özlərini dindar adlandırılması böyük günahdır. Taleh Bağırzadə Nardaran hadisələrində insanların ölümünə səbəb olub. Nardaranda ölənlərin günahı nə idi? Sözügedən şəxs artıq cinayətkardır. Taleh Bağırzadə terror yuvası yaradıb, ölkədə iğtişaşlar törətmək istəyib. Bu məsələdə isə din pərdəsindən istifadə olunub. Cümə namazlarında bir yerə yığılan dindarlar bu kimi insanları, onlarla eyni məqsədə malik olan “İŞİD”-i lənətləyir”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info