Yaponiyada uşaq istismarı ən yüksək səviyyədədir
Tarix: 06.08.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Yaponiyada keçən il uşaq istismarı hadisələrinin ciddi nisbətdə artım göstərərək 100 mini keçdiyi bildirilir

“Kyodo” agentliyinin yaydığı xəbərə görə, Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən aparılan bir araşdırma uşaq istismarının 25 ilin ən yüksək səviyyəsinə çıxdığını ortaya çıxarıb.
Nəticələrə görə, keçən il ölkə daxilində 103 min 260 uşaq istismarı hadisəsi qeydə alınıb. Həmin hadisələrin, əvvəlki ilə nisbətən 16 faiz artdığı göstərilir. Mütəxəssislər, uşaqların ən çox psixoloji istismara məruz qaldığına diqqət çəkib. Ailədaxili şiddət, ailələrdə gəlir səviyyəsindəki bərabərsizlik və cəmiyyətdən təcrid edilmiş valideynlərin hərəkətlərinin səbəb olduğu psixoloji istismar hadisələri, 2014-cü ildə 38 min 775 olduğu halda, keçən il 48 min 693-ə yüksəlib. Keçən il fiziki istismar hadisələri 28 min 611-ə, cinsi istismar hadisələri də 1518-ə çıxıb. Araşdırmada o da göstərilir ki, istismara məruz qalan uşaqlara məsləhətlər verən 200 mərkəzin fəaliyyəti də qeyri-kafi olub. Yaponiyada uşaq istismarı hadisələrinin 1990-cı ildən indiyədək davamlı olaraq artım göstərdiyi qeyd edilir. Sağlamlıq, Əmək və Sosial Müdafiə Nazirliyinin yaratdığı “qaynar xətt”ə müraciətlər 2015-ci ildə əvvəlki ilə nisbətən üç qat artaraq 29 minə çatıb. Qeyd edək ki, hökumət, narahatlıq doğuran rəqəmlərlə bağlı uşaq istismarıyla mübarizə üçün 2019-cu ilə qədər 550 ictimai xidmət mütəxəssisi hazırlamaq üçün may ayında qanuna dəyişiklik etmişdi. Yaponiyada 15 yaşdan aşağı uşaqların sayının keçən il 16 milyon nəfər olduğu açıqlanmışdı. Uşaqların sayının son 34 ildə ən aşağı səviyyədə olduğu ölkədə 15 yaşdan aşağı uşaqlar, əhalinin 12 faizini təşkil edir. 65 yaşdan yuxarı insanlar isə ölkə əhalisinin 26 faizini təşkil edir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info