Hacıqabulda qadın həmrəyliyi məsələləri müzakirə edilib
Tarix: 13.03.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


USAİD-in maliyyə dəstəyi ilə “Kounterpart İnterneşnl”ın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində Hacıqabul rayonunda “Qadınlar Arasında Həmrəylik” İB və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Məşğulluq Mərkəzinin rəhbərliyi, xanım bələdiyyə üzvləri, müxtəlif dövlət orqanlarında vəzifə tutan qadınlar, həkimlər, müəllimələr yerli QHT və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Talıbov qeyd edib ki, rayonun 69 min əhalisindən 35 faizini xanımlar təşkil edir. Rayon icra hakimiyyəti qadın iştirakçılığının genişləndirilməsi, xanımların ictimai-siyasi proseslərdə daha fəal olmaları ilə bağlı məsələləri daim diqqətdə saxlayır.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Qadınlar Arasında Həmrəylik” təşkilatı ilə birlikdə həyata keçirilən layihə barədə ərtaflı məlumat verib. Qeyd edib ki, bu dinləmələrin keçirilməsində əsas məqsəd regionlarda bilavasitə xanımların özlərindən fikir tə təklifləri eşitmək, onların münasibətini, iradlarını öyrənməkdir. “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda təqdimatla çıxış edib.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info