Olimpiya Oyunları: cüdoçu və boksçularımızın rəqibləri
Tarix: 06.08.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Bu gün “Rio-2016” Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start veriləcək. Dörd illiyin mötəbər yarışında ölkəmizi 6 cüdoçu təmsil
edəcək.

Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Avqustun 6-da tatami üzərinə çıxacaq Orxan Səfərovun (60 kq) ilk rəqibi perulu cüdoçu Xuan Postiqos olacaq. Mübarizəyə avqustun 7-də qoşulacaq Nicat Şıxəlizadə (66 kq) İspaniya idmançısı Suqoi Urarte ilə münasibətlərinə aydınlıq gətirəcək. Mötəbər yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Məmmədəli Mehdiyev avqustun 9-da rusiyalı Kirill Denisov ilə üz-üzə gələcək. İki gün sonra Elmar Qasımov (100 kq) rusiyalı Tahir Xaybullayev ilə qarşılaşacaq. Avqustun 12-də Uşanqi Kokauri Rio tatamisində latviyalı Arturs Nikiforenkodan güclü olmağa çalışacaq. İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) avqustun 8-də Faye Nije (Qambiya)-Didar Hamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq. Cüdo yarışları avqustun 6-dan 12-dək keçiriləcək. “Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarının da püşkatma mərasimi keçirilib. Püşkə əsasən, Azərbaycanın 4 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Yana Alekseyevna (60 kq) ilk mərhələdən azaddır. Digər boksçularımıza gəlincə, Rüfət Hüseynov (49 kq) namibiyalı Tulyungeleni Matias Hamunyela, Cavid Çələbiyev (56 kq) Qazaxıstan idmançısı Kayrat Yeraliyev, Loroenzo Sotomayor (64 kq) ukraynalı Volodimir Matviçuk, Kamran Şahsuvarlı (75 kq) Minqqanq Çao (Çin), Teymur Məmmədov (81 kq) Ukrayna təmsilçisi Denis Solonenko, Abdulkadir Abdullayev (91 kq) fransalı Paul Omba Bingolo, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) mərakeşli Mohammed Arjaoui ilə qarşılaşacaq. “Rio-2016”-da boks yarışlarına bu gün start veriləcək.


















 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info