Masallıda tikinti-quruculuq işləri görülür
Tarix: 08.08.2016 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Masallı rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən Masallı Tarix-Diyarşünaslıq Muzeyində və Uşaq İncəsənət Məktəbində, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 və 60 yerlik şəhər 2 nömrəli, 40 yerlik Sərçuvar kənd uşaq bağçalarının binalarında tikinti işləri başa çatdırılıb.
Hazırda rayonda dörd məktəbin - 180 yerlik Şatıroba, 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba tam orta və 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəb binalarının tikintisində son tamamlama işləri aparılır.
Xıl, Səmidxan, Gəyəçöl kənd həkim məntəqələri tikilərək istifadəyə verilib. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri, Lürən, Məmmədoba, Yeyənkənd həkim məntəqələrinin tikintisi isə davam etdirilir.
Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar Kompleksinin tikintisinə başlanılıb. İlkin olaraq ümumi uzunluğu 750 paqonmetr olan beton bəndin 340 paqonmetr hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılıb.
Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin tikintisində son tamamlama işləri gedir. “ASAN HƏYAT” kompleksində də tikinti işləri davam etdirilir. Hazırda kompleksin ərazisində kafe, rəsm qalereyası, ikimərtəbəli kinoteatr, iaşə və xidmət obyektlərinin tikintisi aparılır. Viləş çayının məcrasında yerləşən adada “ASAN HƏYAT” kompleksinə daxil olacaq istirahət guşəsinin inşası yekunlaşmaq üzrədir. Rayon kənd təsərrüfatı idarəsinin inzibati və laboratoriya binasında tikinti işləri başa çatdırılıb, Masallı Rayon Məhkəməsinin inzibati binasının isə tikintisinə başlanılıb.
Dövlət Proqramı əsasında rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Qızılağac, Hüseynhacılı, Öncəqala, Sığdaş, Xanalyan, Qodman, Babaküçə, Qasımlı, II Yeddioymaq və Məmmədoba kəndlərində daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin çəkilişi başa çatdırılıb.
“Azərsu” ASC və “Birləşmiş Sukanal” MMC tərəfindən, ümumilikdə, 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info