Ləzəni ziyarət edən turistlərin sayı xeyli artıb
Tarix: 08.08.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycanın şimal bölgəsində turistlər arasında Xınalıq qədər məşhurlaşan daha bir kənd mövcuddur. Bu, əsrarəngiz təbiət mənzərələri ilə zəngin, Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndidir. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kəndi ziyarət edən turistlərin sayı xeyli artıb. İlin istənilən fəslində ucqar yaşayış məntəqəsində yerli, həm də əcnəbi turistlərə rast gəlmək olar.Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Yüksək dağ zirvələrinə çıxmaq üçün kəndə gələn xarici turistlərin sayı ilbəil artır. 170 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 28 ev var.
Kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Amma son illər yerli əhali turizmdən də gəlir götürməyə başlayıb. 50 yaşlı kənd sakini Xalid Əzizov həyətində turistlərin qalması üçün hər bir şəraiti olan kotteclər tikdirib. Bu kotteclərdə dünyanın bir çox ölkələrindən olan turistlər qalıb. X.Əzizov bildirir ki, kəndə daha çox Avropa ölkələrindən qonaqlar gəlir. O, evini və kottecləri turistlərə günü 15 manatdan başlayan qiymətlərlə kirayə verir. Turistərin sifarişlərindən asılı olaraq, göstərilən xidmətlərə görə qiymətlərdə dəyişikliklər olur.
Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir.
Ləzənin tarixi qədim Albaniya ilə bağlıdır. Kənddə qədim xalçaçılıq ənənələri bu gün də qorunub saxlanılıb.
2013-cü ildə kənd ərazisində Şahdağ Milli Parkının nəzarət-buraxılış məntəqəsi inşa olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info