Bu gün Beynəlxalq Oftalmoloqlar Günüdür
Tarix: 08.08.2016 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Bütün dünyada 2004-cü ildən etibarən avqustun 8-i Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu gündə diqqət oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir.
Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir. Respublika Diaqnostika Mərkəzinin oftalmologiya şöbəsi peşəkar idarəetmə və yüksək ixtisaslı tibb personalı ilə müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərir.
Mərkəzdən bildirilib ki, uzunmüddətli daxili təlimdən keçən, beynəlxalq təhsilə və böyük iş təcrübəsinə malik olan tibbi heyət öz işində yüksək keyfiyyətli tibbi yardımı layiqli xidmət səviyyəsi ilə uyğunlaşdırmağa hazırdır. Peşəkar həkim-oftalmoloqlar ən müasir avadanlıqların köməyi ilə görmənin vəziyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikasını aparır, görmə orqanının xüsusiyyətlərini araşdırdıqdan sonra görməni saxlamağa kömək edən müalicə təyin edirlər. Mərkəzdə, həmçinin kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info