“Rusiyanın enerji layihələrinin bərpası üçün işçi qrupun yaradılması barədə razılığa gəlmişik”
Tarix: 08.08.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Bolqarıstan və Rusiya “dondurulmuş” enerji layihələrini, o cümlədən “Cənub axını” layihəsini bərpa edə bilər. 
“Blooomberg” agentliyi xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib. 
“Bolqarıstan və Rusiya “Cənub axını” layihəsinin inşası da daxil olmaqla Rusiyanın digər enerji layihələrinin bərpası üçün işçi qrupun yaradılması barədə razılığa gəlib”, - deyə B.Borisov vurğulayıb.  
İşçi qrupun müzakirə edəcəyi layihələr arasında 2009-cu ildə inşası dayandırılmış “Belene” AES da var.
Yeri gəlmişkən, avqustun 5-də Rusiya prezidenti Vladimir Putin Bolqarıstanın baş naziri ilə telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq, o cümlədən energetika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə edilib.
Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiya tərəfi Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçməli olan “Cənub axını” layihəsindən imtina etdiyini bəyan etmişdi. Buna səbəb Avropa İttifaqının üçüncü energetika paketinə əsasən eyni şirkət həm qazın istehsalı, həm də nəqlini həyata keçirə bilməz.  
Qeyd edək ki, layihənin dəyəri 15,5 mlrd. avro təşkil edir. Bu kəmər vasitəsi ilə Avropaya gündəlik olaraq 67 mlrd. kubmetr qaz göndərmək mümkün ola bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info