Ermənistan hökuməti müxalifətə qarşı təzyiqləri artırıb
Tarix: 08.08.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Hökumət müxalifət qüvvələrinə qarşı təzyiqləri artırıb. Vətəndaş hərəkatının üzvlərinin məhkəmə prosesləri də başlayıb.Yerevanda iyulun 17-də post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinə dəstək yürüşləri davam edir. Yürüş iştirakçıları mərkəzi prospektə gedən yolun bir hissəni bağlamaqla hökumət qüvvələrini çətin vəziyyətdə qoyublar. Polis yürüşün qanunsuz olduğunu bildirərək aksiya iştirakçılarını dağılmağa çağırıb. Əks halda ictimai asayişi pozanlara qarşı güc tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Aksiya iştirakçıları isə bu çağırışa məhəl qoymayıb, “Azadlıq və müstəqil Ermənistan” şüarını səsləndirməyə başlayıblar.Etirazçılar iyulun 17-də post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinin dərhal azad olunmasını tələb ediblər. Fəallardan Tatul Tamrazyan artıq məhkəmənin qərarı ilə azadlıqdan məhrum olunub. Vəkil Maniki Markaryan deyib ki, yaxın günlərdə, üsyanda iştirak edən 47 nəfər barəsində həbs qərarı çıxarılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info