Dərmanların saxlanıldığı yerlərdə xüsusi qurğular quraşdırılacaq
Tarix: 08.08.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Gələcəkdə dərman vasitələrinin saxlanıldığı yerlərdə xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur. Həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperaturu və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə ötürüləcək. Beləliklə, dərmanların keyfiyyətinə nəzarət edilməsi daha operativ şəkildə həyata keçiriləcək. Bundan başqa, dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən “Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”nın layihəsi hazırlanır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyasının əməkdaşları mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə xarici ölkələrdə keçirilən təlim və seminarlarda iştirak edirlər. Eyni zamanda, laboratoriya daxilində illik plana uyğun olaraq təlimlər keçirilir, nəticəsi imtahanla yoxlanılır. Laboratoriya QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək ölkəmizə idxal olunan antiretrovirus və vərəm əleyhinə preparatların keyfiyyətini yoxlayır.
Laboratoriyanın maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyinin dəstəyi ilə yeni avadanlıqlar sifariş verilib. Laboratoriya daxilində dövrü olaraq lazımi təmir işləri görülür. Mikrobioloji laboratoriyanın genişləndirilməsi və şəraitinin daha da yaxşılaşdırılması üçün hazırda müvafiq şirkətlərlə danışıqlar aparılır. Bununla yanaşı, laboratoriyanın yaxın gələcək üçün əsas məqsədlərindən biri Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların sihayısına düşməkdir.
Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır. Dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin idxal olunan dərman vasitələrinin saxlanılmasına dair 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsi ilə daha bir görüş keçirilib. Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar diqqətə çatdırılıb və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə müəssisələrə xəbərdarlıq edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info