Almaniyada hüquq-mühafizə orqanları sosial şəbəkələri izləyəcəklər
Tarix: 08.08.2016 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Almaniyanın bəzi federal əyalətlərinin hakimiyyət orqanları yeni norma tətbiq etməyə hazırlaşır. Həmin normaya əsasən sosial şəbəkələr, o cümlədən “Facebook” şəbəkəsi hüquq-mühafizə orqanlarının tələbi ilə istifadəçilər barədə məxfi informasiyanı təqdim etməyə borcludur. Söhbət cinayət törətməkdə və terror aktları planlaşdırmaqda şübhə doğuran insanların şəxsi məlumatlarından gedir. “Welt am Sonntag” həftəliyinin verdiyi məlumata görə, əyalətin hakimiyyət orqanlarını hiddətləndirən budur ki, Facebook şəbəkəsinin rəhbərliyi bu cür sorğuların orta hesabla üçdə iki hissəsini cavabsız qoyur.
Hesablamalara görə, son illərdə Almaniya polisi, prokurorluq və xüsusi xidmətlər hər gün Facebook şəbəkəsinin ünvanına istifadəçilərin şəxsi məlumatlarının, o cümlədən onların uçot məlumatlarının və ya İK-ünvanlarının təqdim edilməsi barədə 10-dan çox sorğu göndərir.
Bavariyanın daxili işlər naziri Yoahim Herrman sosial şəbəkələr üçün “məcburi qayda” tətbiq olunmasını tələb edir. Həmin qaydaya görə, səlahiyyətli əməkdaşlardan biri hakimiyyət orqanlarının sorğularına cavab verməyə borclu olacaq. Bundan əlavə, uçot məlumatlarının və ya istifadəçilər barədə informasiyanın təqdim edilməsi müddəti maksimum azaldılmalıdır.
Hüquq müdafiəçiləri Almaniyanın hakimiyyət orqanlarının bu planlarını pisləyiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info