UNEC Biznes Məktəbi AACSB-nün üzvlüyünə qəbul edilib
Tarix: 08.08.2016 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Biznes Məktəbi Azərbaycanda ilk dəfə olaraq, Amerikanın nüfuzlu AACSB təşkilatının (Association to Advance Collegiate Schools of Business/ Universitet Biznes Məktəblərinin İnkişafı üzrə Assosiasiya) üzvlüyünə qəbul edilib. AACSB-də UNEC Biznes Məktəbinin akkreditasiya prosesinə başlanılıb. AACSB-yə üzvlük UNEC Biznes Məktəbini menecment təhsilinin gələcəyini müəyyən edən informasiya və insan kapitalı ilə əlaqələndirir. Eyni zamanda, üzvlük UNEC Biznes Məktəbinin marketinq baxımından imicinin artmasına dəstək verməklə, ona digər biznes məktəbləri ilə əməkdaşlıq etməyə də şərait yaradacaq. Təşkilat vasitəsilə UNEC Biznes Məktəbi çoxvektorlu beynəlxalq tədbirlərə qatılmaq, dəyərli nəşrlərə çıxış əldə etmək, təhsilin idarəedilməsi sahəsində beynəlxalq əmək bazarında müstəsna iş imkanları qazanacaq. Təşkilatın üzvü olmaq güzəştli şərtlər daxilində iş elanları yerləşdirməyə də imkan verir ki, bu da biznes məktəbinin fakültə üzvlərinin səmərəli şəkildə yerləşdirilməsinə şərait yaradır. Eləcə də, UNEC Biznes Məktəbi ödənişsiz və məhdudiyyətsiz olmaqla, daha rasional qərarlar qəbul etmək üçün aparıcı təhsil işçilərinin beynəlxalq əməkhaqqı və təminatı barədə informasiya bazasına çıxış əldə edir. UNEC Biznes Məktəbinin qlobal məkanla ünsiyyət yaratmasına kömək edən AACSB təşkilatına üzvlük həmçinin tədqiqat bazalarına limitsiz giriş hüququ, peşəkar və biznes təhsilinin davamlı inkişafı ilə bağlı seminar, konfrans və vebinarlarda iştirak etmək hüququ qazandırır.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info