Rusiya, İran və Azərbaycan əməkdaşlığı gücləndirir
Tarix: 08.08.2016 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Azərbaycan, Rusiya və İran energetika və nəqliyyat sahələri də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəlib.
 “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir. 
“Tərəflər bərabərlik və qarşılıqlı mənfəət əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əlaqələri gücləndirmək niyyətindədir. Tərəflər investisiyaların təşviqi və müdafiəsi sahəsində regional və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin vacibliyini yenidən dəstəklədiyini təsdiqləyir, investisiya layihələrinin reallaşması və yeni texnologiyaların cəlbində mühüm rola malik olan bank sahəsində əməkdaşlığın yaxşılaşdırılması da daxil olmaqla əlverişli şəraitin qorunmasının zəruriliyini vurğulayır”, - deyə bəyannamə layihəsində qeyd olunub.
Bəyannamə layihəsində o da qeyd olunub ki, tərəflər regionda iqtisadi artıma, beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional, eləcə də beynəlxalq energetika və nəqliyyat dəhlizlərinin inkişafı məqsədi ilə hər iki sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir: “Tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının sabit fəaliyyəti üçün Azərbaycan, İran və Rusiyanın töhfəsinin zəruriliyini qeyd edir və gələcəkdə bu sahədə qarşılıqlı fəaliyyətin daha da yaxşılaşdırılmasının, o cümlədən qazın nəqli və tədarükü ilə bağlı texnologiyaların təqdim edilməsinin tərəfdarı olduqlarını bəyan edir. Bununla əlaqədar tərəflər gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq və qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir”.
Qeyd edək ki, Bakıda keçiriləcək sammitdə hər üç ölkənin liderləri bəyannamə layihəsini təsdiqləməlidir. 




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Daşkənddə Respublika Günü münasibəti ilə qəbul keçirilib
27.05.2019
Misirdə Respublika Günü qeyd olunub
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info