Rusiya, İran və Azərbaycandan dünyaya çağırış
Tarix: 08.08.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Rusiya, İran və Azərbaycan beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa çağırır. 
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.  
“Tərəflər terrorizm, ekstremizm, sərhədyanı cinayətkarlıq, qeyri-qanuni silah alveri, narkotik qaçaqmalçılığı, insan alveri və İKT sahəsində cinayətkarlığa qarşı mübarizə aparmaq niyyətindədir. Onlar BMT-nin koordinatorluğu ilə beynəlxalq sabitlik və təhlükəsizlik üçün bu çağırışların və təhdidlərin effektiv həlli üçün səylərinə qoşulmağa çağırırlar”, - deyə sənəddə bildirilir.
 Bəyannamədə qeyd olunur ki, tərəflər terrorizmin bütün təzahürlərini qətiyyən pisləyir, terrorizmlə effektiv mübarizə üçün tədbirlərin hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə ikitərəfli və üçtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini önə çəkirlər. 
Tərəflər etiraf edirlər ki, bölgədəki həll olunmamış münaqişələr regional əməkdaşlıq üçün böyük maneədir. Bununla əlaqədar onlar bu münaqişələrin danışıqlar və beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin vacibliyini vurğulayırlar. 
Rusiya, Azərbaycan və İran həmçinin biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək qərarına qəliblər. Onlar üç ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər. 




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info