“Bu ilin III və IV rübündə neftin bahalaşacağını gözləyirik”
Tarix: 08.08.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Neft İxrac edən Ölkələr Birliyi (OPEC) bu ilin III və IV rübündə neftə tələbatın artacağını və “qara qızıl”ın bahalaşacağını gözləyir. 
“Ria Novosti” xəbər verir ki, bu barədə kartelin prezidenti, Qətərin energetika naziri Məhəmməd Saleh əs-Səda deyib. Onun sözlərinə görə, OPEC bu ilin sentyabrında Əlcəzairdə keçiriləcək 15-ci Beynəlxalq Energetika Forumu çərçivəsində qeyri-rəsmi müzakirələr aparmağı planlaşdırır.    
 M.Saleh bildirib ki, bu ilin fevralından etibarən dünyanın müxtəlif regionlarında hasilatın azalması, tədarükdə fasilələrin olması və ehtiyatların azalmasından sonra neftin qiymətində stabil yüksəlmə müşahidə edilib. O qeyd edib ki, bir qədər əvvəl neftin ucuzlaşması və hazırda bazarda dəyişkənlik  müvəqqəti xarakter daşıyır. Onun fikrincə, bu dəyişiklik neft hasilatında marjanın aşağı düşməsi, ifrat dərəcədə ehtiyatların, xüsusilə də neft məhsullarının olması, “Brexit” və onun maliyyə bazarlarına təsiri ilə əlaqədardır.    
Nazir əlavə edib ki, neft istehlakçısı olan böyük dövlətlərin iqtisadi göstəricilərinin yaxşılaşacağı gözlənilir: “OPEC vəziyyəti diqqətlə izləməkdədir, təşkilat neft bazarında sifarişlərin sabitliyinin təmin edilməsi üçün yolların və vasitələrin müəyyənləşdirilməsi məqsədilə daimi olaraq təşkilata üzv ölkələrlə müzakirələr aparır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib
23.05.2019
Gömrük Komitəsi bu il dövlət büdcəsinə 1,4 milyard manatadək vəsait köçürüb
23.05.2019
Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib
23.05.2019
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin ərzaq məhsulları təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info