Türkiyənin “Radyo yeşil Karadeniz” radiosunda “Türkün nəfəsində Azərbaycan səsi” verilişinin yayımına başlanılıb. Hər həftəsonu (Türkiyə saatı ilə 19:00-21:00 arasında) yayımlanan 2 saatlıq proqramda Azərbaycan həqiqətlərindən danışılacaq.
Proqramın məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, bir sözlə, dünənini, bugününü və gələcəyini başda türk dünyası olmaqla bütün dünyaya tanıtdırmaqdır. Qeyd edək ki, proqramın aparıcısı Sakarya Azərbaycan Tələbə Təşkilatının sədr müavini, Sakarya Universitetinin magistri Vüsalə Novruzludur.
Fuad
|