Rövnəq Abdullayev İranın neft naziri ilə görüşüb
Tarix: 08.08.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev və İranın neft naziri Bijən Namdar Zəngəne arasında görüş olub. 
SOCAR-dan verilən məlumata görə, R. Abdullayev Azərbaycan və İran arasında əlaqələrin sürətlə və böyük uğurla inkişaf etdiyini, bu ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləyib. İran prezidenti Həsən Ruhaninin Azərbaycan dünən başlayan rəsmi səfərinin bu əlaqələrin daha da inkişafında yeni mərhələ olacağına əminliyini qeyd edən R. Abdullayev SOCAR-la İranın neft-qaz şirkətləri arasında münasibətlərin də son vaxtlar intensivləşdiyini vurğulayıb. 
İranın neft naziri ölkəsinin qonşu dövlətlərlə və xüsusən Azərbaycanla əlaqələrinin genişlənməsinə mühüm önəm verdiyini, bu çərçivədə iqtisadi münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd edib. 
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib. SOCAR prezidenti ötən ilin noyabrında və bu ilin yanvarında İranda səfərdə olduğunu, eyni zamanda İran neft-qaz sektoru rəhbərlərinin də Azərbaycana səfərlər etdiklərini xatırladaraq, bu səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə, İran və Azərbaycan xalqlarının rifahına xidmət etdiyini bildirib. 
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info