Bərdə “ASAN xidmət” Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Tarix: 08.08.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Bərdə “ASAN xidmət” Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.Rayon gənclər və idman idarəsinin və “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda mərkəzin könüllülərindən ibarət 5 komanda iştirak edib.Tədbirdə çıxış edən Bərdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan, onların intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıb.
Bərdə regional “ASAN xidmət” Mərkəzinin nümayəndəsi Saray Mayılzadə mərkəzin könüllüləri arasında müxtəlif intellektual oyunların keçirilməsinin ənənə halı aldığını bildirərək, komandalara uğurlar arzulayıb.
Əsasnaməyə uyğun olaraq bir mərhələdə keçirilən yarışda komandalara 30 sual verilib. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilib.
Tədbirin açılışında və fasilələrdə Gənclər və İdman İdarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info