Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri strateji xarakter daşıyır
Tarix: 08.08.2016 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri strateji xarakter daşıyır.
Bu fikir avqustun 8-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunla görüşündə səsləndirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyənin müasir tarixində ən böhranlı günlərdən biri olan 15 iyul dövlət çevrilişinə cəhdin qarşısı xalq tərəfindən alındıqdan sonra ölkənin taleyində mühüm dönüş nöqtəsi baş verdiyini xatırladan səfir çətin məqamlarda dost Azərbaycanın yenə də hər zamankı kimi Türkiyənin yanında olmasını məmnunluqla vurğulayıb. Bütün dünyaya nümunə göstərilə biləcək bu həmrəyliyə, ədalətli mövqeyə və həlledici məqamda mühüm dəstəyə görə səfir bütün Türk xalqı adından Azərbaycan xalqına qardaşlıq salamlarını və dərin minnətdarlıq duyğularını çatdırıb.
Baş nazirin müavini Əli Əhmədov ölkələrimiz arasında sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin strateji xarakter kəsb etdiyini deyərək bu əlaqələrin ümumi milli mənəvi kökləri və dərin tarixi bağlarının olduğunu xatırladıb. Xalqlarımızın mənafeyinə uyğun olaraq qarşılıqlı faydalı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirən Əli Əhmədov böyük potensiala malik xalqlarımızın və dövlətlərimizin, eyni zamanda, güclü iradəyə və xoş mərama malik olduğunu xüsusi qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info