“Cənub axını” layihəsi yenidən gündəmə gəlib
Tarix: 08.08.2016 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Bolqarıstan və Rusiya “Cənub axını” layihəsinin inşası da daxil olmaqla Rusiyanın digər enerji layihələrinin bərpası üçün işçi qrupun yaradılması barədə razılığa gəlib”

Bolqarıstan və Rusiya bəzi “dondurulmuş” layihələri bərpa etməyə hazırlaşır. Bunların arasında ən diqqət çəkəni “Cənub axını” layihəsidir. “Blooomberg” agentliyi xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib.
“Bolqarıstan və Rusiya “Cənub axını” layihəsinin inşası da daxil olmaqla Rusiyanın digər enerji layihələrinin bərpası üçün işçi qrupun yaradılması barədə razılığa gəlib”, - deyə B.Borisov vurğulayıb. İşçi qrupun müzakirə edəcəyi layihələr arasında 2009-cu ildə inşası dayandırılmış “Belene” AES da var. Onu da qeyd edək ki, avqustun 5-də Rusiya prezidenti Putinin Bolqarıstanın baş naziri ilə telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq, o cümlədən energetika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə edilib. Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiya tərəfi Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçməli olan “Cənub axını” layihəsindən imtina etdiyini bəyan etmişdi. Buna səbəb Avropa İttifaqının üçüncü energetika paketinə əsasən eyni şirkət həm qazın istehsalı, həm də nəqlini həyata keçirə bilməz. Qeyd edək ki, layihənin dəyəri 15,5 milyard avro təşkil edir. Bu kəmər vasitəsi ilə Avropaya gündəlik olaraq 67 milyard kubmetr qaz göndərmək mümkün ola bilər. Ötən ay baş verən bəzi hadisələr Moskva və Sofiyanın “dondurulmuş” layihələrə yeni həyat verəcəkləri ümidini yaratmışdı. Ötən ay rəsmi Sofiya “Burqas-Aleksandropulos” neft kəməri layihəsini bərpa etməkdə maraqlı olduğunu açıqladı. Bu məqsədlə “Transneft” Bolqarıstan tərəfindən rəsmi dəvət də aldı. 300 km uzunluğunda olacaq neft kəməri Yunanıstan və Bolqarıstan ərazisindən keçəcək və Bosfor-Dardanel vasitəsilə tankerlərlə daşınan neft yükünü azaldacaq. İllik buraxılış gücü 35 milyon ton olması nəzərdə tutulan kəmərin gücünün 50 milyon tona çatdırılması da mümkündür. Layihənin dəyəri 1 milyard avro qiymətləndirilir. Hökumətlər arasında müqavilə imzalanmasına baxmayaraq, sonradan Bolqarıstan bu layihədən imtina etdi. Ekspert Nikolay Podlevskiy hesab edir ki, Bolqarıstanın mövqeyində baş verən bu dəyişiklikdə iqtisadi səbəblərlə yanaşı, siyasi amillər də var. Belə ki, məlum “Brexit” olayından sora Avropada bir çox dövlətlər siyasi-iqtisadi maraqlarına uyğun olan layihələrlə bağlı müstəqil şəkildə qərar verməyə başlayıb. “Bolqarıstanın mövqeyində baş verən dəyişiklik bir çox layihəni, o cümlədən “Cənuib axını” layihəsinin reallaşmasına rəvac verə bilər. Bu layihə Bolqarıstanın formal günahı ucbatından dayandırıldı. Təbii ki, burada Avropa İttifaqından olan təzyiqlər də böyük rol oynadı. Amma indi geosiyasi vəziyyət dəyişir və bunu nəzərə alan Bolqarıstan həmin layihələrə yenidən baxılmasını məsələsini gündəmə gətirir”- deyə ekspert bildirib. Rusiyanın enerji naziri Novak da bildirib ki, Bolqarıstan və Avropa İttifaqı rəsmi şəkildə razılıq və təminat verərsə, Moskva Qara dənizin dibi ilə kəmər çəkməyə hazırdır. Xatırladaq ki, iyun ayında İtaliya baş naziri Matteo Renzi ilə Putin arasında görüş keçirlmişdi. Həmin görüşdən sonra baş nazir bildirmişdi ki, ölkəsi “Cənub axını” layihəsinin davam etdirilməsini istəyib: “Amma bu, baş vermədi. Bunun günahı nə Rusiyadadır, nə də İtaliyada”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info