“Biz artıq ənənəvi diaspor məsələlərindən bir az da irəli getməliyik”
Tarix: 08.08.2016 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Sahil Qasımov:
“Benilüks ölkələrində ermənilərin sərbəst şəkildə öz yalan təbliğatlarını yaymaları qarşısında BAK keçilməz maneəyə çevrilib”

Xaricdəki diaspor təşkilatlarımızın sayı getdikcə artmaqdadır. Hətta elə diaspor təşkilatları var ki, bir neçə icmanı öz ətrafında birləşdirib. Belə təşkilatlardan biri də 2006-cı ildə Hollandiyanın paytaxtı Amsterdamda yaradılan Benilüks Azərbaycanlıları Konqresidir (BAK). Müsahibimiz BAK-ın sədri Sahil Qasımovdur. Qeyd edək ki, S.Qasımov 1961-ci ildə Hacıqabul rayonunda anadan olub. 1990-cı illərin əvvəllərindən etibarən Hollandiyada yaşayır. 2000-ci ilin əvvəllərində Sahil Qasımov Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan keçirib. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, eyni zamanda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Sahil Qasımov uğurlu fəaliyyətinə görə, "Qobustan" Beynəlxalq Mükafatına layiq görülüb. 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. O, 2012 - ci ildə isə “The First” mükafatı ilə təltif olunub.

-BAK-ın məqsəd və vəzifələri nədən ibarətdir?
-Benilüks Azərbaycanıları Konqresi 2006-cı il 18 noyabr tarixində Hollandiyanın paytaxtı Amsterdam şəhərində 15 təşkilatın birləşməsi nəticəsində yaranıb. Konqresin təşəbbüs qrupunun məqsədi Belçika, Niderland və Lüksemburqda uzun illər boyunca pərakəndə şəkildə fəaliyyət göstərən onlarla diaspora təşkilatını bir konqresdə birləşdirmək və birləşmə nəticəsində yaranacaq Benilüks Azərbaycanıları Konqresinin fəaliyyətini birgə koordinasiya edərək daha effektli fəaliyyət göstərməkdən ibarət olub. Benilüks Azərbaycanıları Konqresində birləşmiş bütün təşkilatların məqsədi vətənimizə, dövlətimizə xidmət etmək və Azərbaycanımızı Avropada layiqincə təmsil etməkdən ibarətdir. Qeyd etmək istərdim ki, Benilüks Azərbaycanıları Konqresində birləşmiş bütün təşkilatların rəhbərləri və üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətinin və bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin sadiq tərəfdarlarıdırlar. Benilüks Azərbaycanıları Konqresində azərbaycanlılarla yanaşı, həm də İraq türkmənləri 9 təşkilatla federasiya şəklində təmsil olunurlar. Konqres yarandığı tarixdən Azərbaycanın Avropada layiqincə təmsil olunması, erməni təbliğat maşınının qarşısının alınmasında öz töhfəsini verməyə müvəffəq olub.
Doğrudur, əldə olunmuş nailiyyətlər hələ də istənilən səviyyədə olmasa da, yenə də bu vaxta qədər mövcud olmuş boşluq doldurulub ki, bu da Benilüks ölkələrində ermənilərin sərbəst şəkildə öz yalan təbliğatlarını yaymaları qarşısında Benilüks Azərbaycanıları Konqresi keçilməz maneəyə çevrilib.
-BAK digər ölkələrin diaspor təşkilatları ilə əməkdaşlıq edirmi?
- BAK Benilüks məkanında fəaliyyət göstərən digər ölkələrin təmsilçiləri ilə əməkdaşlığını inkişaf etdirir, onlarla birlikdə müxtəlif tədbirlər keçirir. Məsələn, BAK-ın Qazaxıstan səfirliyi ilə birlikdə Niderlandın Rotterdam şəhərində Qazaxıstan Prezidenti gününə həsr olunan tədbirin təşkilində yaxından iştirak etməsi bunun bariz nümunəsidir. Həmin mərasimdə mən çıxış edərək türk xalqlarının qədim dostluğundan, ölkələrimiz arasında iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafından danışdım. Qazaxıstanın Haaqadakı səfiri M.Murzamadiyeva tədbirin keçirilməsində xüsusi fəallıq göstərdiklərinə görə BAK üzvlərinə, habelə digər diaspor təmsilçilərinə təşəkkürünü bildirdi. Onu da deyim ki, BAK 2015-ci ildə Qazaxıstan XİN-in Fəxri Fərmanı ilə təltif olunub.
Biz, eyni zamanda GUAM dövlətlərinin Niderland Krallığındakı icmaları, eləcə də “COVOR” Yəhudi təşkilatı, Türk Federasiyası və s. icmalarla əməkdaşlıq edirik.
-Lobbiçilik istiqamətində hansı işlər görürsüz?
-Bu gün Avropada Azərbaycan diasporunun təşkilatlanma mərhələsi başa çatdırılıb və artıq lobbiçilik istiqamətində addımlar atılır. Bu gün lobbiçilik qarşıda duran əsas vəzifələrdən biridir. Çünki lobbizm özü bir diplomatiyadır. O, xalq diplomatiyası və ənənəvi diplomatiyadan fərqlənir. Benelüks Azərbaycanlıları Konqresi Avropa İttifaqında akkreditə olunub. Bu məsələlər birbaşa Avropa deputatlarının nəzərinə çatdırılıb və Azərbaycanla bağlı məsələlər araşdırılır. Beləcə, lobbiçilik daha geniş vüsət almağa başlayıb. Bizim yunan, erməni, yəhudi lobbisinin gücündə sözünü deyə bilən lobbimiz mövcuddur. Bu yolda daha geniş addımlar atılacaq.
2012-ci ildə dekabrın 10-da Niderland Krallığının parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb. Bu cür tədbirlərin keçirilməsi daha da çoxaldılmalıdır. Çünki biz artıq ənənəvi diaspor məsələlərindən bir az da irəli getməliyik. Bizim ağrılı məsələlərimiz çoxdur və bunu ən yüksək səviyyədə həll etmək üçün öz gücümüzü bir yerə qoymalıyıq.
BAK yalnız Niderland, Belçika və Lüksemburq ölkələrini deyil, öz məkanından çıxaraq digər dövlətləri də əhatə edir. Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı faciəsinin əsl mahiyyətini bütün dünyaya çatdırmaqda BAK-ın xüsusi rolu var. Bu istiqamətdə lobbiçilik fəaliyyətini davam etdiririk.
-Diaspor arasında rəqabət varmı?
- Dünyada azərbaycanlılar arasında ciddi müttəfiqlik problemləri yoxdur. Biz xalq olaraq iddialı xalqıq. Hər bir Azərbaycan icması bu gün iddialıdır. Hər hansı şəhərdə, ölkədə öz iddiasını sağlam rəqabət şəklində ortaya qoyur. Rəqabətlər mövcuddur, əgər bu gün bu olmasa, demək olar ki, Azərbaycan icması bu gün işləmir.
-İKT baxımından fəaliyyətinizi necə qurmusunuz?
- Bizim cəmiyyətin hazırda internet (www.bak-org.eu) saytı və “Yahoogrupu” fəaliyyət göstərir. Mütəmadi olaraq məlumatlar bu saytda yerləşdirilir. Digər diaspor təşkilatlarımızla əlaqələrimiz var. Bu əlaqələri daha da genişləndirmək niyyətindəyik. BAK-ın mətbat orqanı olan "Benilux Az.News" qəzeti uzun illər fəaliyyət göstərib.
İnternet saytı, ümumiyyətlə, İKT-nin inkişafı Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələrin qurulmasını gücləndirib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info