Müxalif başçılar niyə beynəlxalq qurumlara “inanmadıqlarını” bildirirlər?
Tarix: 13.03.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


“Bu, müxalifətin təbliğat imkanlarına xeyli mənfi təsir edəcək”
Müxalifət başçıları əvvəllər tez-tez istinadgah saydıqları beynəlxalq təşkilatları, xarici qurumları indi tənqid etməyə, qınamağa keçiblər. Çünki onlar həmin beynəlxalq qurumların mövqeyindən narazı qalıblar. Belə ki, hazırda Azərbaycanla bağlı beynəlxalq qurum və reytinq agentliklərinin rəyləri olduqca müsbətdir.
Bu isə birinci növbədə Azərbaycan dövlətinin yürütdüyü korrekt siyasət nəticəsində ölkənin sosial-iqtisadi, mədəni, siyasi və sair sferalarında əldə edilən uğurlardan irəli gəlir. Bu uğurlar və bunların fonunda beynəlxalq təşkilatların Azərbaycan gerçəkliyini qəbul etməyə vadar olması isə müxalifəti həddindən artıq pessimist və qısqanc bir mövqeyə gətirib. Buna görədir ki, əvvəllər beynəlxalq təşkilatlara istinad edən, onların müxalifəti müdafiə etdiyini iddia edən Əli Kərimli kimi müxalif başçılar indi 180 dərəcə tərsinə fikir bildirirlər. Əli Kərimli indi də deyir ki, beynəlxalq təşkilatlara inanmayın, onlara inanmaq lazım deyil...
Bəs Ə.Kərimli kimi başçıların bu cür mövqe dəyişikliyinin kökündə nə durur? Bu məsələ ilə bağlı qəzetimizə fikirlərini bildirən millət vəkili Zahid Oruc dedi ki, əslində bunun səbəbi çox sadədir: “İlk növbədə Əli Kərimlinin Qərb strukturlarına, diplomatlarına qarşı demarş etməsi, Avropanı tanımamaq mövqeyi, bu mövqeyini seçki ilində daha hiddətlə ifadə etməsinin səbəbləri Azərbaycanın yaxın keçmişində gizlənib. Əslində bu səbəblər açıqdır və hər kəs də onlardan xəbərdardır. 2003-cü ildə Qərbin bu müxalif qüvvələri guya Azərbaycanda hakimiyyətə gətirəcəyi ilə bağlı təbliğat aparılırdı. Hər bir görüşü, səfirliklərdəki hər bir tədbiri mühüm hadisə etməklə ictimai dövriyyəyə çıxarırdılar, uzun müddət informasiya sistemlərində qoruyurdular. Müxalifətin hər bu cür tədbirindən sonra şahidi olurduq ki, yeni-yeni “prezident”lər meydana çıxır. Bir hadisəni xüsusilə çox yaxşı xatırlayıram. İsa Qəmbərin bir Türkiyə səfəri baş vermişdi. Orada onu qarşılayan maşınların nömrə yerinə, əslində müxalifətimizin özü tərəfindən hazırlanmış “hakimiyyət” sloqanları taxılmışdı. Bu cür görüntünü dərhal Azərbaycanda xəbər vermək və xüsusi canfəşanlıqla yaymaqla müsavatçılar rəy formalaşdırmağa çalışırdılar. Onlar həm də bunu “Qərbin mövqeyi” kimi sırıyırdılar. Amma üstündən illər keçsə də, bu baş verməyib və müxalifət yenə də həminki vəziyyətdədir. Beləliklə, düşünürəm ki, Əli Kərimlinin bu mövqeyi açıq-aşkar ona işarə idi ki, hər seçkiyə qədərki dövrdə müxtəlif başgicəlləndirici vədlər alanların sonucda reallığı tanımaqla, Qərb strukturları və diplomatlarının Azərbaycan hakimiyyəti ilə yaxından təmaslara üstünlük verməsi müxalifətə indi öldürücü zərbə kimi gəlir. İndi də guya ki, 2013-cü ildə bunu yaşamaq istəmirlər. Halbuki sizi əmin edirəm ki, bu mövqeyin özü daha cəfəngdir. Çünki əvvəllər heç olmasa, müxalifət şam yeməyini bəzi xarici qurumların qərargahına salmağa nail olurdu, indi bundan da məhrum olub. Belə hesab edirəm ki, belə bir situasiya hazırkı dövrdə müxalifətin təbliğat imkanlarına xeyli mənfi təsir edəcək”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info