Şahmatçımız gənclər arasında dünya çempionu olub
Tarix: 09.08.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Serbiyanın paytaxtında 59-cu Dünya Şahmat Bəstəçiliyi konqresi keçirilib. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə 40-cı Dünya Çempionatı daxil idi.
Azərbaycan təmsilçisi, beynəlxalq qrossmeyster Zaur Məmmədov gənclər arasında dünya çempionu adını, komandamızın daha bir gənc üzvü Rəşad Zeynallı isə gümüş medal qazanıb. Bürünc mükafatın sahibi isə rusiyalı Danila Pavlov olub. Şahmat həlçilərimiz 22 komanda arasında 8-ci olub. Çempion adını Polşa, gümüşü Litva, bürünc medalı isə Serbiya yığması qazanıb. Heyif ki, bu dəfə hərbi qulluqda olduğu üçün komandanın liderlərindən, gənclər arasında dünya çempionu, beynəlxalq usta Misrətdin İskəndərov çempionatda iştirak etməyib. Bu da komandanın nəticəsinə təsir göstərib. Şahmat həlletməsi üzrə Azərbaycan millisi 2014-cü ildə Berndə mundialda və 2016-ci ildə Afinada Avropa çempionatında gümüş medal qazanıb. Zaur Məmmədov, həmçinin ikigedişli məsələlərin sürətli həlli üzrə Belqradda da dünyanın ən güclüsü olduğunu sübut edib. İkinci yeri slovakiyalı Tomas Peitl, üçüncü yeri isə şahmat və şahmat həlletməsi üzrə beynəlxalq qrossmeyster Jonathan Mestel (Böyük Britaniya) tutub. Ənənəvi olaraq, konqresdə şahmat bəstəçilərinə beynəlxalq adlar təqdim edilib. Kənan Vəlixanov son illərin nəticələrinə əsasən, şahmat bəstəçiliyinin Yardımmat bölməsində beynəlxalq hakim adı alıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info