“Vətənə Olimpiya çempionu kimi qayıtmağa çalışacağam”
Tarix: 09.08.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Açılışda bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi”

“Vətənə Olimpiya çempionu olaraq qayıtmağa çalışacağam. Olimpiadaya qələbə ilə başladığıma görə çox sevinirəm”.
Bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz, millimizin bayraqdarı Teymur Məmmədov deyib. “İlk döyüş həmişə çətin olur. Həm də Ukrayna idmançısı zəif rəqib deyildi. Söz verirəm, döyüşdən-döyüşə daha yaxşı nəticə göstərəcəyəm. Paradda doğma Azərbaycanımızın bayrağını aparmaq mənim üçün çox böyük şərəf oldu. Mən bayrağımızdan güc aldım. Bəzən deyirlər bayrağı daşımaq və ümumiyyətlə, açılış paradında stadionda saatlarla ayaq üstə qalmaq fiziki yorğunluq yaradır və yarış zamanı təsirini göstərir. Lakin tam səmimiyyətlə deyirəm ki, açılışda bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi. Bugünkü qələbəm isə qarşıdakı döyüşlərdə daha əzmkar mübarizə aparmağa stimul oldu. İnanıram ki, növbəti döyüşlərdə daha böyük qüvvə ilə döyüşəcəyəm və finaladək yüksəlib çempion olacağam. Mən Londonda qazandığım bürüncü burada qızıla çevirmək istəyirəm”, - deyə T.Məmmədov bildirib. Qeyd edək ki, 2012-ci il London Olimpiadasının bürünc və I Avropa Oyunlarının qızıl medalçısı olan T.Məmmədov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Yığmamızın bayraqdarının bu mərhələdə rəqibi ukraynalı Denis Solonenko olub. Mübarizəyə fəal başlayan Teymur Məmmədov ukraynalı rəqibi Denis Solonenkonu 2-1 məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info