ABŞ şirkəti AMEA ilə elmi əlaqələr yaradır
Tarix: 09.08.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev ABŞ-ın Fəaliyyətin İdarəedilməsi üzrə Beynəlxalq “Noosfer” şirkətinin prezidenti Maksim Polyakov, şirkətin şöbə müdiri Mixail Robotnikov və Ukrayna bölməsinin rəhbəri İqor Qriqoryeviç ilə görüşüb.
AMEA-dan bildiriblər ki, görüşdə İ.Quliyev şirkətin nümayəndələrinə AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyəti, elmi istiqamətlər üzrə aparılan tədqiqatlar barədə, eləcə də ölkəmizdə elmin ən müasir sahələrin inkişafına, multidissiplinar tədqiqatlara, gənc alimlərin yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğıdan, alimlərimizin beynəlxalq elmi əlaqələrindən danışıb. Söhbət zamanı qonaqlar “Noosfer” şirkətinin fəaliyyət istiqamətləri, geniş beynəlxalq şəbəkəsi, nailiyyətləri və AMEA ilə əməkdaşlıq perspektivləri haqqında ətraflı məlumat veriblər. M.Polyakov AMEA-nın biznes proqram və layihələrin həyata keçirilməsində rolunun əhəmiyyətindən bəhs edib, akademiya ilə elmi əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirib. Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin müzakirəsinə başlanması üzrə ilkin razılaşma əldə edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info