Yeni banklararası hesablaşma qaydaları təsdiqlənib
Tarix: 09.08.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları"nı ləğv edib və "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları"nı təsdiqləyib.
Bu qaydalar Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını tənzimləyir. Mərkəzi Bank tərəfindən hər növbəti il yanvar ayının 25-dən gec olmayaraq əvvəlki ilin yekun göstəriciləri əsasında sistem əhəmiyyətli iştirakçılar müəyyən edilir və bu barədə aidiyyəti iştirakçılar yazılı formada məlumatlandırılır. Fövqəladə hallar zamanı AZIPS və XÖHKS-də fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməlidir. Fövqəladə hallarda bərpa planı müxtəlif mümkün ssenariləri, o cümlədən təbii fəlakət, avadanlığın sıradan çıxması səbəbindən prosesin dayanması, terrorçuluq, kənardan müdaxilə, rabitə kanallarının kəsilməsi nəticəsində dayanmaları və digər mümkün halları əhatə etməlidir. Bu ssenarilərin hər biri üzrə iki saatdan gec olmayaraq AZIPS və XÖHKS-də fəaliyyətin bərpa edilməsi nəzərdə tutulmalıdır. Sistem əhəmiyyətli iştirakçı tərəfindən ehtiyat mərkəz yaradılmalı və əsas mərkəzdə istifadə olunanla eyni olan əsas infrastruktur avadanlığı, sistem konfiqurasiyası (texniki və proqram təminatı üzrə yeniliklər və dəyişikliklər), alternativ rabitə xətləri, dayanıqlı elektrik cərəyanı, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Avadanlıqların texniki vəziyyəti dövrü olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Ehtiyat mərkəz istənilən anda əməliyyatların aparılmasına hazır olmalı, işçi heyətinin fövqəladə hal aradan qaldırılanadək fəaliyyətinin davam etdirilməsi üçün lazımi şəraitlə təmin edilməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı 7 iş günü müddətində Mərkəzi Banka yazılı formada təqdim etməlidir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka yazılı məlumat (adı, soyadı, vəzifəsi və əlaqə məlumatları) verməlidir. Məsul əməkdaşlar dəyişdirildikdə yeni təyin edilmiş şəxslər haqqında yazılı məlumat 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Sistem əhəmiyyətli iştirakçı AZIPS və XÖHKS-də fəaliyyətinin dayanmasına səbəb olmuş halları qeydə almalıdır. Bu hallar baş verdikdən sonra ən geci 3 iş günü müddətində hadisənin təfsilatı, o cümlədən baş verdiyi tarixi, onun aradan qaldırıldığı müddəti və görülən işlərin açıqlanması haqqında məlumatı Mərkəzi Banka yazılı formada təqdim etməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı və ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir.

.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info