Məktəblilər üçün “Aqro düşərgə”
Tarix: 09.08.2016 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) məktəblilər üçün bir həftəlik “Aqro düşərgə” təşkil edib. Düşərgənin təşkilində məqsəd aqrar sahənin perspektiv istiqamətləri haqqında məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etmək olub.
“Aqro düşərgə”nin 50 nəfər iştirakçısı Bakı şəhərinin müxtəlif məktəblərində yaradılan “Ekoklublar”ın fəal üzvlərindən seçilib.
“Aqro düşərgə”nin açılışında ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndirilməsinin vacibliyi barədə fikirlər səsləndirilib.
“Aqro düşərgə”nin təşkil olunmasında praktik məşğələlər üçün universitetin "Zoobaytarlıq və Əmtəəşünaslıq" və "Aqronomluq" fakültələrindən və Yardımçı Təcrübə Təsərrüfatının bazasından istifadə olunub.
Burada məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemləndirilməsi, yoluxmayan daxili xəstəlikləri, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilib, eləcə də, anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilib.
Laborator təcrübələrdə torpağın qiymətləndirilməsi, heyvandarlıq məhsullarının ekspertizası, qida məhsullarının istehsalı texnologiyaları Azərbaycan və rus bölmələrinin şagirdləri ilə birgə interaktiv qruplar şəklində öyrənilib.
Proqramın həyata keçirilməsində universitetin professor-müəllim heyəti fəal iştirak ediblər.
“Aqro düşərgə” müddətində məktəblilərin kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə "AzAgro" MMC-nin Gülçülük və Tərəvəzçilik təsərrüfatlarında qızılgülün və tərəvəz bitkilərinin yetişdirilməsi, "Gəncə Şərab-2" MMC-də müxtəlif sort üzüm bitkilərinin becərilməsi və şərab emalı, "Neon" firmasında un məmulatlarının hazırlanması proseslərində bilavasitə iştirakları təmin edilib.
Eyni zamanda, düşərgə üzvləri Nizami Gəncəvi məqbərəsinə və bir çox muzey komplekslərinə səfər edərək Gəncənin tarixi-mədəni irsi ilə yaxından tanış olublar, Şəmkir rayonunda yerləşən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində asudə vaxtlarını səmərəli keçiriblər.
“Göygöl” Milli Parkına səyahət zamanı isə gənc ekoloqların Göygöl-Maralgöl marşrutu üzrə piyada yürüşü də maraqlı olub.
“Aqro düşərgə”nin sonunda bütün iştirakçılar diplomlarla təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info