Rəsulzadə Bələdiyyəsinin “Yaradıcı əllər” layihəsinə yekun vuruldu
Tarix: 09.08.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


M.Ə.Rəsulzadə Bələdiyyəsi qəsəbənin uşaq və yeniyetmələri üçün təşkil edilən “Yaradıcı əllər” adlı master-classa 08 avqust 2016-cı il tarixdə yekun vurulub.
Layihənin yekun təlimində M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, "Birgə Yaradaq" layihəsi çərçivəsində keçirilən bu layihə bələdiyyənin 2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilib. Məqsədimiz gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, yaradıcı sənət növlərinin əxz edilməsi, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilidir. Bələdiyyə sədri bildirdi ki, master-class bir ay müddətində davam edib. Onun sözlərinə görə, layihə qəsəbə sakinlərində, uşaqlarda böyük marağa səbəb olub, hətta valideynlərdən oğlanlar üçün də master-classların təşkil edilməsi ilə bağlı müraciətlər edilib. Hümbət Hüseynov uşaqların həvəsini və marağını nəzərə alaraq, bələdiyyə tərəfindən layihənin payız mövsümündən davam etdiriləcəyini qeyd edib.
Sonra master-classı aparan peşəkar mütəxəssis, bu sahədə böyük təcrübəsi olan, bir sıra sərgilərin iştirakçısı, eləcə də M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Bəyim Məmmədovaya söz verilib. Bəyim Məmmədova vurğulayıb ki, bələdiyyə tərəfindən qəsəbənin balaca sakinlərini əhatə edən, uşaqların inkişafına yönələn belə bir təşəbbüs təqdirəlayiqdir. Bu layihə gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılması üçün çox əhəmiyyətlidir.
Valideynlər adından çıxış edən qəsəbə sakini Şəhla Abdullayeva deyib ki, qızların bu təlimlərdə öyrəndikləri, müxtəlif ləvazimatlardan hazırladıqları güllər bir valideyn üçün böyük hədiyyədir. O, M.Ə.Rəsulzadə bələdiyyəsinə uşaqlar üçün belə imkan və şərait yaradıldığına görə minnətdarlığını bildirib.
Sonra layihə iştirakçılarına hədiyyələr təqdim olunub. Təlimlər zamanı fəallıqları ilə seçilən Yeganə Emilli və Mehriban İsmixanzadə birincilik qazanıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info