“İlham Əliyevin diplomatik bacarığının daha bir parlaq nümunəsinin şahidi olacağıq”
Tarix: 09.08.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə olduqca yaxşı münasibətlər qura bilib. Bu ikitərəfli münasibətlərin üç ölkə arasında əlaqələrin inkişafı və Rusiya-Azərbaycan-Türkiyə üçlüyünün yaradılması üçün yaxşı zəmin olacağı perspektivləri göz qarşısındadır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin hamımızın müşahidə etdiyimiz diplomatik bacarığının daha bir parlaq nümunəsinin şahidi olacağıq.Bu fikirləri Rusiyanın TASS agentliyində Prezident Vladimir Putinin Bakıya səfəri ilə əlaqədar keçirilmiş mətbuat konfransında Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov səsləndirib.O deyib ki, Azərbaycan, İran və Türkiyə arasına iqtisadi əməkdaşlığın müxtəlif müstəvilərdə, o cümlədən Avrasiya İttifaqı, yaxud digər bu kimi təşkilatlar çərçivəsində gücləndirilməsi perspektivləri genişdir. Türkiyədə orta və kiçik biznes yaxşı inkişaf edib. Türkiyə şirkətlərinin ümumi Avrasiya bazarına qoşulması müsbət nəticələr verə bilər.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan politoloq qeyd edib ki, bu münaqişənin nizamlanmasında Rusiya aparıcı rol oynayır. Bu, bir çox səbəblərlə bağlıdır. Əvvəla, Minsk qrupunun digər üzvləri ABŞ və Fransadan fərqli olaraq, Rusiyanın Azərbaycan və Ermənistan ilə əlaqələri daha sıxdır. İkincisi, Rusiya Qafqaz regionunda sülhün bərqərar olunmasında, region ölkələri arasında iqtisadi əməkdaşlığın inkişaf etməsində çox maraqlıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info