BANM-i seçən abituriyent: “Mən bu hədəfimə çatdım”
Tarix: 09.08.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Qurbanlı Zaur Yusif oğlu 1998-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakı şəhəri Nizami rayonu “Zəngi” liseyində alıb. Orta məktəbdə əsasən riyaziyyatı yaxşı oxuduğunu deyir. Bunun səbəbini babasının, əmisinin və bibisinin riyaziyyatçı olmasında görür. 9-cu sinfi fərqlənmə ilə bitirən Zaur Qurbanlı I ixtisas qrupu üzrə qəbul imtahanında 690 bal toplayıb və Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib.

- Zaur, niyə məhz bu ixtisası seçmisən?
- Düşünürəm ki, kompüteri yaxşı bilirəm, ona görə də, bu ixtisas mənə daha maraqlıdır. Kompüterə marağım uşaq vaxtımdan yaranıb, o vaxtlar kompüterdə müxtəlif oyunlar oynayırdım. Böyüdükcə marağım daha da artdı və mən hazırda özümü bu istiqamətdə daha çox görürəm.
-Maraq dairəndə başqa nələr var?
- Filmlərə baxmağı çox sevirəm. Uşaqlıqdan film seyr etməyi sevirəm, daha çox deyərdim ki, əsasən dram və komediya janrında filmləri izləməyi sevirəm. Qəbul imtahanına hazırlaşanda da hərdən filmə baxırdım. Cim Kerri, Leonardo di Kaprio, Bredli Kuper sevdiyim aktyorlardır. Deyə bilərəm ki, ədəbiyyata meylim elə də olmayıb.
- BANM-i seçməyin nə ilə bağlıdır?
- Burada həm xaricdə magistraturada təhsilimi davam etdirmək, həm də keçid ballarının yüksək olması məni cəlb edir. Fikrimcə, bu ali məktəb buna görə daha çox fərqlənir. Başqa ali təhsil müəssisələrində yüksək bal yığanlarla orta bal yığan tələbələr bilikdə oxuyurlar, amma burada təhsil alanlar hamısı yüksək ballılar olur. Orta məktəbdən də burada təhsil almağa hazırlaşırdım. 10-cu sinifdən ali məktəbin tələbəsi olmağı planlaşdırırdım.
- Özünü gələcəkdə necə mütəxəssis kimi təsəvvür edirsən?
- Hansısa bir şirkətin rəhbəri olmaq istəyirəm. BANM-in məzunu olaraq hər hansı bir xarici şirkətdə ən azı proqramçı olmaq istərdim.
-Yüksək bal toplamağına inanırdın?
- Əsas hədəfim 700 bal toplamaq idi. Çünki bacım da bundan öncə öz qəbul imtahanında 700 bal yığıb. İmtahandan çıxanda özüm yoxladım və bildim ki, mexaniki səhvim var. Bununla belə, hədəfimə çatmağıma inanırdım və mən bu hədəfimə çatdım.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirib
17.10.2019
DİN və Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb
17.10.2019
Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir
17.10.2019
Xaçmazda “Volk Qədir” kimi tanınan narkotacir saxlanılıb
17.10.2019
Nazir : “Bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10920

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info