Otel və kirayə evlərə pul xərcləməyən turistlər
Tarix: 09.08.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Avqust ayında havanın isti keçməsi Nabran istirahət zonasına gələn turistlərin sayını xeyli artırıb. Çimərlikdə və təbiət qoynunda dincələnlər əsasən otel və yerli sakinlərə məxsus fərdi evlərdə qalmağa üstünlük verirlər. Amma son illər çadırlarda gecələyən turistlərin sayı da kifayət qədər çoxalıb. İndi şimal bölgəsinin istənilən turizm zonasında çadır quraraq dincələn turistlərə rast gəlmək olar.
Artıq 5 ildir yay fəslində çadırda qalaraq müxtəlif yerlərdə istirahət edən Nəcəfovlar ailəsi bu dəfə Nabran istirahət zonasını seçib. Ailə başçısı Pənah Nəcəfov AZƏRTAC-a müsahibəsində bildirib ki, çadırda dincəlmək çox ucuz başa gəlir: “Biz hər hansı istirahət guşəsinə gedəndə ənənəvi olaraq çadırdan istifadə edirik. Olduqca sərfəlidir. Məsələn bir həftə oteldə və kirayə evdə qalsaq, ən azı 200 manat ödəməliyik. Çadırda qaldıqda isə bu vəsaiti digər işlərimizə sərf edirik.”
Çadırda qalmağın daha bir üstünlüyü isə dincələcəyin yeri sərbəst seçə bilmək imkanının olmasıdır. Otel və ya evdə gecələyən zaman mütləq geri qayıtmalısansa, çadırla gəzintiyə çıxanda bu, problem deyil. İstənilən yerdə çadırı qurub gecələmək mümkündür. Bu zaman yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Turistlər vəhşi heyvanların hücumuna məruz qalmamaq üçün əsasən yaşayış məntəqələrinə yaxın yerlərdə məskən salırlar.
Çadırdan istifadə edən turistlərin ən çox xoşuna gələn bir məqam da meşələrdə və ya dağların ətəyində gecələməkdir. Bu turizm növünə ekstrim sevən insanlar daha çox üstünlük verirlər.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info