Qaxın emal məntəqəsində indiyədək 100 ton quru tütün istehsal olunub
Tarix: 09.08.2016 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Tütünçülük Qax rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovetlər dövründə respublikamızda istehsal olunan tütünün böyük hissəsi Qaxın, eləcə də bu bölgədə yerləşən digər rayonların payına düşürdü.
Bu sahəyə maraq bir müddət azalsa da, Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyyələrin nəticəsi olaraq, son dövrlər bölgənin digər rayonları kimi, Qaxda da tütünçülüyün inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görülüb. 2016-cı ildə rayonun təsərrüfatlarında 331 hektar sahədə tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Yığılmış yaş tütün yarpağı qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir.
AZƏRTAC-ın müxbiri müəssisədə olub, tütünün qəbulu və emalı prosesi ilə tanış olub.Məntəqənin direktoru Məmmədəli Sultanovun bildirdiyinə görə, mövsümün əvvəlindən indiyədək fermerlərdən 1100 tondan çox yaş tütün qəbul edilib. Hər gün məntəqəyə 50-55 ton yaş tütün gətirilir. Tütünün qurudulması üçün məntəqədə 60 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hazırda bu kameraların hamısı işlək vəziyyətdədir. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edir və tütünün qurudulması prosesi 6-7 gün çəkir. Hər gün bu kameraların 6-sından quru tütün boşaldılır və yaş tütün yerləşdirilir. Emal olunan quru tütün çeşidlənərək anbarlara yığılır.
Müəssisə direktorunun bildirdiyinə görə, indiyədək məntəqədə 100 tona yaxın quru tütün istehsal olunub.
Xatırladaq ki, yaş tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün isə 15 qəpik müəyyən edilib. Tütünün dəyəri istehsalçılara bank vasitəsilə ödənilir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info