”Üçtərəfli ittifaqın formalaşması Ermənistanın maraqlarına böyük zərbədir”
Tarix: 09.08.2016 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Rusiya-Azərbaycan-İran formatı İran-Ermənistan dəmir yolu tikintisinin qarşısını alacaq
«Üçtəprəfdi birliyin formalaşması Ermənistanın maraqları üçün ciddi bir təhlükədir». Bu fikirləri fövqəladə və səlahiyyətli səfir, "Birlik" partiyasının nümayəndəsi Ruben Karapetyan «Tert.am» saytına açıqlamasında bildirib. Karapetyan təşəkkül tapmaqda olan Rusiya-Azərbaycan-İran formatının İran-Ermənistan dəmir yolu tikintisi üçün ciddi bir təhlükə və hətta bu tikintinin qarşısını almaq üçün bir cəhd kimi dəyərləndirib.
Yeni üçtərəfli birliyin formalaşması Ermənistanın regiondakı roluna hansı təsir götərə biləcək sualını cavablandıran Karapetyan deyib: «Qeyd edim ki, Şimal-Cənub istiqamətində nəqliyyat proqramı yeni bir ideya deyil. Bu ideyanın həyata keçirilməsi hələ 90-cı illərdən layihə olaraq irəli sürülmüş və bunun böyük strateji əhəmiyyətə malik olduğu qeyd edilmişdi.

Sual oluna bilər, bu layihə niyə məhz indi həyata keçirilir. Hər şeydən əvvəl ona görə ki, artıq İrana qarşı tətbiq edilmiş qadağalar aradan qaldırılıb, eyni zamanda, Rusiya-Türkiyə münasibətləri yenidən təşəkkül tapmaqdadır. Azərbaycan isə öz növbəsində, mövqelərini gücləndirmək və Ermənistanı bütün regional proqramlardan- nəqliyyat, qaz və enerji layihələrindən kənarda qoymağa çalışır.

Lakin müəyyən səbəblər üzündən bu layihənin reallaşması arxa plana keçmişdi. Sual oluna bilər, bu layihə niyə məhz indi həyata keçirilir. Hər şeydən əvvəl ona görə ki, artıq İrana qarşı tətbiq edilmiş qadağalar aradan qaldırılıb, eyni zamanda, Rusiya-Türkiyə münasibətləri yenidən təşəkkül tapmaqdadır. Azərbaycan isə öz növbəsində, mövqelərini gücləndirmək və Ermənistanı bütün regional proqramlardan- nəqliyyat, qaz və enerji layihələrindən kənarda qoymağa çalışır.
Xatırlayırsınızsa, bu ilin fevralında Tehrana rəsmi səfərə gedən Azərbaycan Prezidenti İranla 11 memoranduma imza ataraq bu proqramlar ətrafında danışıqlar apardı. Məsələnin maraqlı cəhətlərindən biri də, bu formatda Rusiyanın mövqeyidir. Məncə, Rusiya bu birlik vasitəsilə öz problemlərinin həllinə çalışır. Ümumilikdə, tərəflərin hər biri öz problemlərinin həllində maraqlıdırlar. Lakin bütün bunlara baxmayaraq, belə bir üstərəfli ittifaqın formalaşması Ermənistanın maraqlarına heç cür cavab vermir. Onların layihələri İran-Ermənistan dəmir yolu tikintisinin üzərindən də xətt çəkə bilər.
Burada artıq heç bir şübhə yeri qalmamalıdır. Qeyd edilməlidir ki, 305 km uzunluqda nəzərdə tutulan İran-Ermənistan dəmir yolu layihəsi üçün 3,5 milyard dollar vəsait tələb olunurdu. Lakin 172 km uzunluğunda olacaq İran –Azərbaycan dəmir yolu, təbii ki, daha az vəsait hesabına başa gələcək. Ona görə də, daha böyük maliyyə tələb edən İran-Ermənistan dəmir yolu layihəsinin reallaşması məndə şübhələr doğurmaqdadır. Belə görünür ki, Azərbaycan üçün də böyük regional əhəmiyyət kəsb edən bu layihə ilə Ermənistanın maraqlarına böyük zərbə endirilmiş olacaq».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info