Multikultural dəyərlərin təşviqində media önəmli rol oynayır
Tarix: 09.08.2016 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir və bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu fkirlər avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfransda vurğulanıb. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına gül dəstləri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, ölkəmizdə tarix boyu mövcud olmuş tolerantlıq mühitindən danışıb. Bildirilib ki, Azərbaycanın bütün regionlarında, o cümlədən şimal bölgəsində fərqli etnik qrulara, dini baxışlara malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Təkcə Xaçmaz rayonunda 20-dən çox azsaylı xalq və etnik qrupların nümayəndəsi mövcuddur. Bununla belə heç vaxt etnik və dini zəmində qarşıdurma olmayıb. Multikulturalizm Azərbaycanı dünyada tanıdan əsas dəyərlərlərdəndir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında regional konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur.
Diqqətə çatdırılıb ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Respublikada formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyələndirən gözəl bir ənənəyə çevrilib.
Vüqar Səfərli müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində və multikultural dəyərlərin təşviqində medianın önəmli rol oynadığını xüsusi vurğulayıb. Qeyd edib ki, son altı ayda ölkə mediasında multikulturalizm və tolerantlıq mövzusuna aid 350 səhifədən çox yazı çap olunub.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov və “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli konfransda məruzələrlə çıxış ediblər. “Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir”, “Multikulturalizm Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi”, “Multikultural dəyərlərin təşviqində medianın rolu” mövzusundakı məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransın gedişində şimal regionunda fəaliyyət göstərən bir sıra dini icmaların rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgədəki yerli nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info