Əflatun Amaşov Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub
Tarix: 09.08.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Misir Ərəb Respublikasının ölkəmizdəki Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. Mərkəzin rəhbəri Əhməd Sami Elay Azərbaycan və Misir arasındakı münasibətlərin çoxşaxəli olduğunu vurğulayıb. Mədəniyyət və təhsil sahəsindəki əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluğunu ifadə edən Əhməd Sami Elay onu da bildirib ki, hər iki ölkə mediasının qarşılıqlı əlaqələrinin inkişafı xalqların bir-birinə daha da yaxınlaşmasında müstəsna rol oynaya bilər. Ə.Amaşov Misirin dünya sivilizasiyasınının və tarixinin çox ayrılmaz parçası olduğunu vurğulayaraq ölkənin İslam dünyasındakı mövqeyinə toxunub. O bildirib ki, Azərbaycan MƏR-lə xüsusən mədəniyyət sahəsindəki əməkdaşlığa Azərbaycan həqiqətlərinin təbliği nöqteyi-nəzərdən də önəm verir. Mövcud xüsusda medianın rolunu qabardan MŞ sədri Azərbaycan jurnalistlərinin Misirə səfərlərinin təşkil olunduğunu vurğulayıb, əsası qoyulmuş bu ənənənin davamının zəruriliyini əsaslandırıb. O, həmçinin Misirin aparıcı media nümayəndələrinin Azərbaycana səfərlərinin də arzulandığını deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info