“Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi Bundestaqda dəstəklənir”
Tarix: 09.08.2016 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Strenz ilə görüşüblər. 
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev işçi qrupun fəaliyyətindən danışıb. 
R. Rzayev ölkələrarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini yüksək dəyərləndirib, Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda ATƏT-ə sədrlik edən Almaniyanın konkret ciddi addımlar atacağına ümidvar olduğunu bildirib. Deputatlar Fəttah Heydərov, Rafael Hüseynov,Fuad Muradov, Rasim Musabəyov Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsinə təkan verəcək təkliflərini nəzərə çatdırıblar. 
K. Strenz Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin dəstəkləndiyini vurğulayıb.
 
O bu ilin mayında Almaniyaya səfər edən Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi görüşlər və İqtisadi Forumdakı çıxışına dair xoş təəssüratlarını bölüşüb. Eyni zamanda iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini vacib sayıb.
 
Görüşdə səmərəli fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info