“Üçtərəfli format regionda yeni bir inkişaf mərhələsinin əsasını qoyur”
Tarix: 09.08.2016 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən üçtərəfli tarixi görüşü nəinki region, ümumiyyətlə, dünya üçün mühüm əhəmiyyət kəsb edir”.
Bunu “Trend”-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. YAP rəsmisi bildirib ki, bu görüşün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan nüfuzunun, apardığı sülhməramlı və dostluq siyasətinin, həmçinin Azərbaycanda olan ictimai-siyasi sabitliyin, ölkəmizin təşkilatçılıq qabiliyyətinin və iqtisadi inkişafının göstəricisidir. S.Novruzov qeyd edib ki, bu görüşdə regionun ən aparıcı dövlətləri iştirak edirdi: “Görüşdə terrorizmin qarşısının alınması, ekstremist amillərin aradan qaldırılması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olundu və bəyannamə imzalandı. Bu görüşlərin mütəmadi keçirilməsinin qərara alınması, üçtərəfli formatın regionda sülh və sabitlik üçün əsas şərt olması, dondurulmuş münaqişələrin həll edilməsi ilə bağlı müzakirələrin aparılması çox vacib əhəmiyyət kəsb edir və önəmli mesajlardandır”. S.Novruzov hesab edir ki, bu format başqa ölkələrin də qoşulması ilə daha geniş formada davam etsə, çox qısa müddət ərzində həm regionda sülh yaranacaq, regionun iqtisadi inkişafı sürətlənəcək, nəqliyyat və kommunikasiya məsələləri öz həllini tapacaq və yeni bir böyük qüvvə meydana çıxacaq: “Azərbaycan bundan əvvəl də İranla dəmir yolu və digər məsələlərlə bağlı bir sıra müqavilələr bağlamışdı və İran prezidenti Azərbaycanda olanda da bu məsələlərə toxundu. Eyni zamanda, Azərbaycan-Rusiya və Rusiya-İran münasibətlərinin daha da yaxınlaşması regionda yeni bir inkişaf mərhələsinin əsasını qoyur”. YAP rəsmisi bildirib ki, əgər regionda belə bir birlik yaranırsa, bu cür addımlar atılırsa, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunması üçün addım atmağa məcburdur, çünki başqa çıxış yolu qalmır: “Ona görə də hesab edirəm ki, bu cür yeni əməkdaşıq formatının yaranması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində çox mühüm addım olacaq”. S.Novruzov əlavə edib ki, bu cür əməkdaşlıq formatı müəyyən qüvvələri, xüsusilə erməni lobbisini narahat edir: “Ermənilərin lobbiçiliyi ilə ayrı-ayrı qurumlar tərəfindən müxtəlif bəyanatların səslənməsini gözləmək olar”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info