“Nicat Şıxəlizədədən bu cür çıxış gözləmirdik”
Tarix: 09.08.2016 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


“London-2012-də medal qazana bilməmişdik. Rüstəm Orucovun bu dəfə mükafat əldə etməsi böyük qələbə, böyük bayramdı”.
Bunu cüdo üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağayar Axundzadə deyib. Təcrübəli mütəxəssis 73 kq çəki dərəcəsində “Rio-2016”-nın gümüş medalını qazanan Rüstəm Orucovun qələbəsini şərh edib. O bildirib ki, Braziliyaya yollanan hər bir cüdoçudan medal gözləyirlər: “Çox sevinirəm ki, Azərbaycana ilk medalı biz qazandırdıq. Bu münasibətlə xalqımızı təbrik edirəm. Daha 3 idmançımız var ki, onlardan da yüksək nəticə gözləyirik”. Axundzadənin sözlərinə görə, qarşıdakı günlərdə tatamiyə çıxacaq Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kakouri (+100 kq) cüdo yığmamızın və Azərbaycan komandasının medal sayını artırmaq gücündədirlər. Mütəxəssis Orucovdan fərqli, Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizədənin (66 kq) fəxri kürsüyə yüksələ bilməməsinin də səbəblərini açıqlayıb. O vurğulayıb ki, Olimpiadalarda sürprizlər çox olur: “Orxan medal qazana bilərdi, bunun üçün şansı var idi. Püşk də yaxşı düşmüşdü. Üstəlik, Orxanın təcrübəsi də yetərincədir. O, Dünya Çempionatının mükafatçısıdır, Avropa səviyyəli idmançıdır. Amma idmanda məğlubiyyətlər də olur. Nə etmək olar? Nicat Şıxəlizədədən isə bu cür çıxış gözləmirdik. Çünki onun da şansı yüksək idi. İllərdi məşq edir, təcrübəsi var. Gərək məğlub olmayaydı. Həmin çəkidə reytinqin ilk “onluğ”unda olmayan cavan bir idmançı Olimpiya çempionu oldu”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info