Çox oturmaq şəkər və ürək xəstəlikləri riskini artırır
Tarix: 09.08.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


İngiltərədə edilən bir tədqiqat, çox oturmanın şəkər və ürək xəstəlikləri riskini artırdığını müəyyən edib.
Leicester və Loughborough universitetlərinin jurnalında dərc olunan araşdırmaya görə, uzun müddət hərəkətsiz qalan insanlar, iş çıxışı idman salonuna ya da hovuza gedərək məşq etsələr belə hərəkətsiz qaldıqları müddətin mənfi təsirini tam olaraq ortadan qaldıra bilmirlər. Yəni, gün ərzində 30 dəqiqə məşq edən bir adam, sağlam bir həyatı olduğuna özünü inandırır. Lakin bu heç də həmin problemləri həll etmir. Deməli idman saatları bir qədər çox olmalıdır ki, hərəkətsiz və fəaliyyətsiz keçən müddətin mənfi təsirləri aradan qalxsın.
Uzun müddət oturanların, oturmayanlara görə şəkər və ürək narahatlığı keçirmə riskinin daha çox olduğunu bildirən elm adamları, televiziya izləmək və ya kompüter istifadə etmək kimi insanı hərəkətsizliyə itələyən vərdişlərin müasir cəmiyyətlərdə olduqca məşhur hala gəlməyə başladığını bildirib.
Tədqiqatçılar, bu cür problemlərin həlli üçün, bəzi iş yığıncaqlarının ayaqda təşkil edilməsi, günorta yeməyi üçün ayrılan müddətdə gəzinti edilməsi ya da axşamları televiziya izləmə müddətinin azaldılması kimi təkliflər veriblər.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Həkim arıqlamağa kömək edən sirri açdl
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info