İdmançılar üçün tur təşkil edilib
Tarix: 10.08.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


“Təmiz Şəhər” ASC idmançılar üçün Balaxanıda yerləşən tullantıların çeşidlənməsi (BMTÇZ) və tullantıların yandırılması (BMTYZ) zavodlarına, həmçinin Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə tur təşkil edib. 
“Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, cəmiyyət tərəfindən mütəmadi keçirilən maarifləndirici səfərdə bu dəfə stolüstü tennisçilər iştirak ediblər. İdmançılar hər iki zavodda iş prosesi ilə yaxından tanış olub, onlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib. 
Bildirilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi Tullantıların Çeşidlənməsi Zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır və xammal kimi təkrar emal zavodlarına göndərilir. Tullantının təkrar emala yararlı olmayan hissəsi isə yaxınlıqdakı yandırılma zavoduna göndərilir. Burada tullantılar yandırılaraq həcmi təxminən 10 dəfə azaldılır və elektrik enerjisi alınır. 
Tur iştirakçılarına məlumat verilib ki, BMTYZ-də il ərzində hasil olunan elektrik enerjisi ilə Gəncə şəhərinin əhalisini ilboyu elektrik enerjisi ilə tam təmin etmək mümkündür. 
Daha sonra stolüstü tennisçilər Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə ekskursiya ediblər. Eksponatlarla tanış olan idmançıların diqqətinə çatdırılıb ki, buradakı sənət əsərləri ötən 4 il ərzində əcnəbi və yerli rəssamlar tərəfindən tullantılardan yaradılıb. Bununla rəssamlar bir daha sübüt ediblər ki, tullantılara ikinci həyat verməklə ekoloji təmizliyi qoruyub maddi gəlir əldə etmək, eləcə də mənəvi rahatlıq hiss etmək mümkündür. 
Bakı şəhərində tullantıların zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC bu sahənin ölkədə inkişafı üçün daim maarifləndirici layihələr, aksiyalar keçirir. Bu işin bir hissəsi olan zavodlara mütəmadi turlar təşkil olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info